• $
  • €
  • ₽
  • ₺
  • £

Energetika naziri Pərviz Şahbazov “Azərbaycan” İES-ə baş çəkib

Energetika naziri Pərviz Şahbazov “Azərbaycan” İES-ə baş çəkib
01.03.2019 17:02
Energetika naziri Pərviz Şahbazov "Azərenerji” ASC-nin qoyuluş güclərinin optimallaşdırılması və bərpası” Proqramı çərçivəsində "Azərbaycan” İES-də görülən işlərlə yerində tanış olmaq üçün Mingəçevirə gedib. Nazirin iştirakı ilə "Azərbaycan” İES-in fəaliyyətinə baxış keçirilib, müzakirələr aparılıb.

 "Azərenerji” ASC-nin prezidenti Baba Rzayev "Azərbaycan” İES-də proqramda nəzərdə tutulan tədbirlərə uyğun olaraq görülən işlər barədə məlumat verib. Bildirilib ki, 6 və 7 saylı enerji bloklarında turbin və qazanlarda əsaslı təmir işləri görülüb. Yenidənqurma çərçivəsində 6 və 7 saylı enerji blokları, 1 və 2 nömrəli əlaqə avtotransformatorlarının 550 kV-luq Açıq Paylayıcı Qurğularında olan istismar müddəti başa çatmış bütün avadanlıqlar yeniləri ilə əvəz edilib, müasir eleqaz açarları, ölçü transformatorları, yeni kabel kanalı və idarəetmə kabelləri quraşdırılıb. 

Bundan başqa, 330 kV-luq APQ-nin yenidənqurma işlərinə hazırlıq gedir və yeni idarəetmə mərkəzinin tikintisi davam etdirilir. 

Xatırladaq ki, Energetika Nazirliyi tərəfindən Almaniyanın Enerco/VPC şirkətləri cəlb edilməklə və "Azərenerji” ASC-nin iştirakı ilə 2018-ci ilin aprel-iyul aylarında elektrik stansiyalarında aparılmış araşdırmalar əsasında "Azərenerji” ASC-nin generasiya güclərinin optimallaşdırılması və bərpası” Proqramı hazırlanmış və icrasına başlanılmışdır. 
 
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol