• $
  • €
  • ₽
  • ₺
  • £

AMB sədri: Fikirləşirlər ki, çoxlu pul çap edərsən və problem həll olunar

AMB sədri: Fikirləşirlər ki, çoxlu pul çap edərsən və problem həll olunar
06.03.2019 13:10
Azərbaycanın xarici valyuta ehtiyatları xarici borclarına nisbətdə olduqca normaldır, amma iqtisadi artım templəri Azərbaycanın iqtisadi potensialına alternativ deyil.

Oxu.Az xəbər verir ki, Mərkəzi Bank sədri Elman Rüstəmovun sözlərinə görə, dövlətin iqtisadiyyatdakı rolu azaldılmalıdır.

Qanunvericilik bazası sadələşməli, məhkəmə sisteminin rolu gücləndirilməli, maliyyə əlçatanlığı artırılmalı və maliyyə sektorunun sağlamlaşdırılması başa çatdırılmalıdır.

"Rəqabət insan kapitalı mərhələsinə keçir və bu sahədə işlər görməliyik. İnsan kapitalına investisiya mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, dünya iqtisadiyyatına açıq olmaq önəmli rol oynayır və bunu ildə iki dəfə iqtisadi artıma nail olan ölkələrin nümunəsində görə bilərik.

Qaydalı makroiqtisadi siyasətə keçid resurs ölkələri üçün, o cümlədən, Azərbaycan üçün çox əhəmiyyətlidir. Azərbaycan büdcə siyasətində buna başlayıb”, - deyə Mərkəzi Bank sədri vurğulayıb.

Onun sözlərinə görə, "Smart” texnologiyalarının inkişafına yönələn və əlavə dəyər zəncirinin pillələrini yaxşılaşdırmağa ehtiyac var:

"Azərbaycan elə bir vergi bazasına malik olmalıdır ki, özəl sektoru stimullaşdırsın. Ölkə iqtisadiyyatında nağd ödənişlərin xüsusi çəkisi yüksək olaraq qalır və buna görə ciddi institusional islahatlar aparılmalı, bank sektoruna inamı yüksəltməliyik, kölgə iqtisadiyyatını kölgədən çıxarmalıyıq”.

"Fikirləşirlər ki, çoxlu pul çap edərsən və problem həll olunar. Ancaq Mərkəzi Bankların əsas mandatı qiymətlərin sabitliyini qorumaqdır, çünki bu, hər bir Azərbaycan ailəsi üçün vacibdir.

Əhali və biznes gözləntilərini idarə etmək imkanına malik olmalıdır. Buna görə də iqtisadi sabitlik platformasını daha da dərinləşdirməliyik”, - deyə E.Rüstəmov bildirib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol