• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı avtobussuz qalacaq - Yeni Layihə

Bakı avtobussuz qalacaq - Yeni Layihə
03.10.2014 13:15
Tramvayın paytaxtın əsas nəqliyyat vasitəsinə çevriləcək
"Böyük Bakının Regional İnkişaf Planında paytaxtın nəqliyyat və ekoloji probleminin həlli də nəzərə alınıb. Belə ki, gələcəkdə sərnişin daşınmasında elektriklə işləyən nəqliyyat vasitələrinə daha çox üstünlük veriləcək".
ANS PRESS-in məlumatına görə, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev AzərTAc-a müsahibəsində deyib. 
O qeyd edib ki, gələcəkdə paytaxtda sərnişindaşımada əsas nəqliyyat vasitələrindən biri tramvay olacaq: "Bu, ekoloji cəhətdən olduqca vacibdir. Xüsusən bulvar ətrafında ekoloji standartlara uyğun olmayan nəqliyyat vasitələrinin hərəkətinin qarşısı alınmalıdır. Bu baxımdan bulvarboyu tramvay xəttinin çəkilməsi daha mühüm addım olardı".
C.Qocayev gələcəkdə su nəqliyyatından da geniş istifadə olunacağını söyləyib. Komitə rəsmisi qeyd edib ki, gələcəkdə Bakıda günəş batareyaları ilə işləyən nəqliyyat vasitələrini də görəcəyik: 
“Bildiyimiz kimi, Pirallahı rayonu adalardan ibarətdir. Eyni zamanda, Xəzər İslands adaları inşa olunur. Təbii ki, bu kimi yerlərdə su taksilərinin fəaliyyətindən geniş istifadə etmək daha əlverişlidir. Zamanı qabaqlamaq istəməsəm də, vaxt gələcək Bakıda günəş batareyaları ilə işləyən nəqliyyat vasitələrini də görəcəyik. Qaradağa, Sumqayıta və digər istiqamətlərə elektrik qatarlarının işləməsi də aktual məsələlər sırasındadır. Bunlar təkcə bizim istəyimiz deyil, zamanın tələbidir”.
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol