• $
  • €
  • ₽
  • ₺
  • £

“Cash by Code” xidməti artıq IBAm-da

“Cash by Code” xidməti artıq IBAm-da
19.03.2019 10:38
Azərbaycan Beynəlxalq Bankı IBAm istifadəçilərini yeniliklərlə sevindirməkdə davam edir. IBAm-ın çoxsaylı funksiyaları sırasına artıq "Cash by Code” xidməti də əlavə olunub.  IBAm istifadəçiləri indi öz mobil telefonları vasitəsilə bu xidmətin üstünlüklərindən rahatlıqla faydalana bilərlər. 

"Cash by Code” son dərəcə asan pulköçürmə xidmətidir. Bunun üçün Azərbaycan Beynəlxalq Bankının plastik kart sahibi və IBAm istifadəçisi olmaq kifayətdir. Belə ki, bu xidmət vasitəsilə müştərilər heç bir bank ofisinə getmədən kartı olmayan şəxslərə pul göndərə, yaxud plastik kartları üzərlərində olmadığı hallarda da bankomatdan nağd pul çıxara bilərlər. 

Xidmətdən istifadə etmək üçün kart sahibi IBAm-a daxil olaraq "Köçürmələr” bölməsində "Cash by Code” xidmətini seçir. Məbləği, valyutanı və vəsaiti əldə edəcək şəxsin mobil nömrəsini daxil edir. Bu zaman sistem kodun birinci hissəsi olan xüsusi 5 rəqəmli kod yaradaraq onu telefonun ekranında əks etdirir. Həmin kod paralel olaraq vəsaiti göndərən şəxsə SMS vasitəsilə də daxil olur. Eyni zamanda vəsaiti əldə edəcək şəxsin mobil nömrəsinə də kodun ikinci hissəsi olan 5 rəqəm SMS vasitəsilə daxil olur. 

Yekunda 10 rəqəmli kodu, göndərilən vəsaitin məbləğini və valyutasını bankomatın "Cash by Code” bölməsinə daxil etməklə vəsaiti nağdlaşdırmaq mümkündür. 

IOS və Android istifadəçiləri Azərbaycan Beynəlxalq Bankının IBAm mobil əlavəsini həm AppStore, həm də Google Play-dən yükləyə bilərlər.
Yükləmə linkləri:

Google Play - https://play.google.com/store/apps/details?id=iba.mobilbank

App Store - https://itunes.apple.com/us/app/ibam-mobil-bank/id1251456175?ls=1&mt=8

Azərbaycan Beynəlxalq Bankının internet  bankçılıq xidməti olan IBAnking xidmətinə isə bu link vasitəsilə qoşulmaq olar: https://ibanking.ibar.az

Bank yeni-yeni funksiyalarla IBAm mobil əlavəsinin imkanlarını gələcəkdə də genişləndirəcək.

Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.








www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol