• $
  • €
  • ₽
  • ₺
  • £

Bu şəxslərə də prezident təqaüdü veriləcək

Bu şəxslərə də prezident təqaüdü veriləcək
22.03.2019 18:49
Azərbaycan Prezidenti İlham Əliyevin "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli Sərəncamı əmək pensiyası alan I qrup əlilliyi olan şəxslərə də Prezidentin aylıq təqaüdünün ödənilməsinə imkan verib.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, hazırda ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Prezidentinin aylıq təqaüdü ödənilir.  

25 fevral 2019-cu il tarixli Sərəncamla aprelin 1-dən Prezidentin həmin aylıq təqaüdü sosial müavinət alan I qrup əlilliyi olan şəxslərlə yanaşı, əmək pensiyası alan I qrup əlilliyi olan şəxslərə də ödəniləcək. 


Eyni zamanda, həmin təqaüdün məbləği gələn ayın əvvəlindən 73 manatdan 100 manata çatdırılacaq. Bununla yanaşı, I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə də Sərəncamla aprelin 1-dən Prezidentin aylıq təqaüdü (50 manat) veriləcək. 


Beləliklə, əmək pensiyası alan I qrup əlilliyi olan şəxsə də sosial müavinət alan I qrup əlilliyi olan şəxs kimi, aprelin 1-dən Prezidentin aylıq təqaüdü kimi 100 manat, həmçinin ona qulluq edən şəxs üçün də Prezidentin aylıq təqaüdü kimi 50 manat ödəniləcək.  


Sərəncam ən həssas kateqoriyalardan olan 577 minədək vətəndaşı əhatə edir ki, onlardan 300 minə qədəri əlilliyi olan şəxslərdir.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol