• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank “Qlobal İqtisadiyyat və Kapital Bazarları” forumunda iştirak edir

Kapital Bank “Qlobal İqtisadiyyat və Kapital Bazarları” forumunda iştirak edir
29.05.2020 07:21
9-10 aprel 2019-cu il tarixlərində Frankfurt şəhərində Almaniyanın ən böyük maliyyə qurumlarından olan Commerzbank-ın təşkilatçılığı ilə "Qlobal İqtisadiyyat və Kapital Bazarları” forumu keçirilir. Tədbirdə Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev və İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq iştirak edir.

Forum dünyanın bütün kapital bazarlarında infrastruktur imkanlarını kəşf etmək, eləcə də investorlarla görüşmək və investisiya imkanlarının genişləndirmək üçün bir platformadır. Tədbir, inkişaf etməkdə olan bazarların qeyri-müəyyənliyinin müzakirəsi, qlobal iqtisadiyyatda müxtəlif investisiya risklərinin nəzərdən keçirilməsi, investisiya risklərinin bölüşdürülməsi mexanizmləri, maliyyə dayanıqlığının təmin edilməsi üçün strateji keçidlərin yaradılması və digər sahələri əhatə edir.

"Maliyyə dünyasının sərhədləri yoxdur – xüsusən Şərq, Qərb, Şimal, Cənub üçün açıq olan Azərbaycan kimi bir ölkədə. Bizim istəyimiz qlobal rəqabətdə aktual qalmaq və dünya iqtisadiyyatının  Azərbaycana və regionumuza, o cümlədən qonşu ölkələrə təsir göstərən çətinliklərin öhdəsindən gəlməkdir. Məhz bu kimi tədbirlərdə iştirak etməklə həm xarici həmkarlarımızla fikir mübadiləsi apara, həm də dünyanın bir sıra inkişaf etmiş ölkələrinin təcrübələrini fəaliyyətimizə tətbiq edə bilirik”, - deyə Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.

Qeyd edək ki, proqram çərçivəsində həmçinin forum iştirakçıları ilə görüşlər keçirilib və dünyanın bir neçə nüfuzlu maliyyə qurumları ilə gələcək əməkdaşlıq layihələri barədə fikir mübadiləsi aparılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
İqtisadiyyat 11:49
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol