• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR birinci rübdə 1,5 milyard kubmetrdən çox təbii qaz hasil edib

SOCAR birinci rübdə 1,5 milyard kubmetrdən çox təbii qaz hasil edib
16.04.2019 21:00
Bu ilin I rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə 1,846 mln. ton neft, 1,561 mlrd. kubmetr qaz hasil edilib.

Bu barədə SOCAR məlumat yayıb.

Ölkə üzrə qaz hasilatı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,1% artaraq, 9,075 mlrd kubmetr, neft hasilatı 0,15% artaraq, 9,694 mln. ton təşkil edib.

Bildirilib ki, 2019-cu ilin birinci rübündə SOCAR tərəfdaş şirkətlərlə birlikdə ölkədə neft hasilatını stabil səviyyədə saxlamaqla yanaşı, qaz hasilatında ciddi artıma nail olub. "Qaz hasilatının artırılması istiqamətində SOCAR-ın "Ümid” yatağında 6810 metr dərinliyə qazıb istismara verdiyi yeni quyu xüsusi qeyd edilməlidir.

Şirkət üzrə ən yüksək debitə malik bu quyuda qazma işləri mürəkkəb geoloji strukturda bir çox texniki üsullardan ilk dəfə tətbiq edilməklə təhlükəsiz şəraitdə tamamlanıb. Quyunun potensial hasilatı gündəlik 2,5 mln. kubmetr qaz, 400 ton kondensat həcmində qiymətləndirilir. Bundan əlavə 5940 - 6810 metr dərinliyindən süxur nümunələri götürülüb, temperatur və lay təzyiqi barədə məlumatlar əldə edilib”,-məlumatda qeyd edilib. 

Layihənin mühəndislik dizaynı SOCAR-ın "Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən yerinə yetirilib. Layihə SOCAR-ın "Ümid-Babək” Əməliyyat Şirkəti tərəfindən idarə edilib, qazma üzrə podratçı "SOCAR AQŞ” MMC olub. Digər podratçılar, o cümlədən "Baker Hughes”, "GE Company”, "Cameron”, "Sumitomo”, "Azeri MI”, "Weatherford”, "Schlumberger”, "Interwell”, "Azorel”, AXDG, CMS, "Azlab” MMC layihənin uğurla həyata keçirilməsinə mühüm töhfə veriblər. Ümumilikdə hesabat dövrü ərzində SOCAR üzrə 40 303 metr qazma işləri həyata keçirilib. 

SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, "Ümid” yatağı Azərbaycanın müstəqillik dövründə SOCAR geoloqlarının ən böyük kəşfidir: "Olduqca mürəkkəb geoloji strukturda yerləşdiyinə baxmayaraq, qazmaçılarımız bu quyuda bütün təbii maneələrə qalib gəldilər. Müxtəlif texnoloji həlləri ilk dəfə burada tətbiq edərək, quyunu 6800 metrdən artıq, Şirkət üzrə rekord dərinlikdə tamamlayan qazmaçılarımız SOCAR-ın ən yüksək debitli quyusunu uğurla istismara təhvil verdilər. Potensial hasilatı ildə təqribən 900 mln. kubmetr həcmində qiymətləndirilən bu məhsuldar quyunun istismara verilməsi münasibəti ilə "Ümid-Babək” Əməliyyat Şirkətimizin kollektivini, bütün Azərbaycan neftçilərini və əziz xalqımızı ürəkdən təbrik edirəm”. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol