• $
  • €
  • ₽
  • ₺
  • £

Sabahdan bu yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq - SİYAHI

Sabahdan bu yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
21.04.2019 10:29
Bakıda növbəti Formula 1 Azərbaycan Qran Prisinin keçirilməsi ilə əlaqədar görülən tədbirlərlə bağlı aprelin 22-dən paytaxtda Bakı Şəhər Halqası üzrə avtomobil yollarında hərəkət məhdudlaşdırılacaq.
 
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.


Bölmə rəisi bildirib ki, həmin gündən etibarən Bakı Şəhər Halqası kimi tanınan ərazi üzrə - "Azneft" meydanı istiqamətində - Bayıldan 20-ci sahə istiqamətində və cənub tərəfdən, eyni zamanda Hökumət Evi istiqamətində - Üzeyir Hacıbəyov küçəsi ilə Afiyyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsinin kəsişməsindən, həmçinin Lermontov küçəsi ilə Axundov adına park və onun ətrafı, xüsusilə də Əhməd Cavad küçəsi ilə İstiqlaliyyət və Bünyat Səfərov küçələri istiqamətində, Şeyx Şamil küçəsi istiqamətində, Dənizkənarı Milli Park boyunca, Neftçilər, Bülbül prospektləri, Azadlıq meydanı, Puşkin, Xaqani, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev küçələri, Qoşa Qala qapısı, Gənclər meydanı, İstiqlaliyyət, Niyazi küçələri, eləcə də həmin küçə və prospektlərlə kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla, istiqamət dəyişdiriləcək.
 
Qeyd edilən istiqamətlər üzrə avtomobillərin hərəkəti əsasən Bakı-Salyan yolunun 14-cü kilometrliyindən 3-cü kənar dairəvi yolla Yasamal rayon ərazisindən keçərək müvafiq istiqamət üzrə, 20-ci sahə və ona yaxın ərazilərdən isə Badamdar şosesi vasitəsilə tənzimlənir.
 
Nəqliyyat sıxlığının, tıxacların yaranmaması üçün sürücülərdən xahiş olunur ki, alternativ variant olaraq Afiyyədin Cəlilov - Yusif Səfərov, Yusif Səfərov - 28 May küçələri kəsişməsindən Bakıxanov, Nəriman Nərimanov, İnşaatçılar, Hüseyn Cavid, Parlament, Mətbuat, Ziya Bünyadov, Mikayıl Müşfiq küçə və prospektləri vasitəsilə hərəkətə üstünlük versinlər.
 
Eyni zamanda, Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması, habelə nəqliyyat vasitələrinin və piyadaların şəhər daxilində rahat, fasiləsiz hərəkətinin təşkili məqsədilə respublikanın digər şəhər və rayonlarından paytaxta gəlmək istəyən vətəndaşlara aprelin 18-dən 30-dək olan müddətdə, ictimai nəqliyyat vasitələrindən, marşrut avtobuslarından istifadə etmək tövsiyə olunur.
 
V.Əsədov bildirib ki, yarışın keçirilməsi ilə bağlı Bakı Şəhər Halqası kimi tanınan ərazidə yol nişanları qoyulub. Sürücülər bu nişanların tələblərinə uyğun hərəkət etməlidirlər.
 
Xatırladaq ki, Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar aprelin 22-dən etibarən Bakı Şəhər Halqası və ona yaxın küçələrdən keçən 17 marşrut xətti üzrə (1, 2, 4, 5, 6, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 205, H1) avtobusların hərəkət sxemində dəyişiklik ediləcək. Qeyd edilən marşrut xətləri üzrə avtobuslar alternativ küçələrdən keçməklə hərəkət edəcək.





www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol