• $
  • €
  • ₽
  • ₺
  • £

Koreyalı mütəxəssislər Naxçıvana ezam olundu

Koreyalı mütəxəssislər Naxçıvana ezam olundu
23.09.2014 14:21
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) “Naxçıvan Dövlət Universiteti (NDU) üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi çərçivəsində ezam etdiyi koreyalı mütəxəssislərdən ibarət qrup 22 sentyabr – 5 dekabr tarixləri ərzində Azərbaycanda olacaqlar. 
Mütəxəssislərin ezamiyyətinin məqsədi portal, distant təhsil, akademik işlər üzrə sistemin və avadanlıqların quraşdırılması, əməliyyatlarla bağlı biliklərin öyrədilməsi, eləcə də yekun yoxlamanın aparılması və qarşılıqlı razılaşmalardan sonra yeni sistemin işə salınmasından ibarətdir. Həmçinin ekspertlər sistemin idarəsini və stabilləşdirilməsini həyata keçirəcək, elektron təlim sistemi üçün 8 kontentin yaradılmasına yardımçı olacaq və istifadəçilər üçün təlim proqramını həyata keçirəcək. 
Şəbəkənin sürətinin təkmilləşdirilməsi, portalın və əsas domenin ilkin hazırlıqları və sertifikatların verilməsi sisteminin formatı ilə bağlı daha dərin müzakirələr isə tərəflər arasında növbəti ay ərzində keçiriləcək. 
KOICA layihə çərçivəsində Naxçıvan Dövlət Universitetinin rəhbərliyi və işçiləri üçün iki dəfə təqaüd proqramı təşkil etmişdir. Bununla əlaqədar olaraq Naxçıvan Dövlət Universitetinin rəhbər səviyyəli nümayəndələri 21 sentyabr tarixində Koreyaya yola düşmüşdür; səfər 27 sentyabr tarixinədək davam edəcəkdir. Layihə çərçivəsində keçirilən  bu təqaüd proqramının məqsədi Naxçıvan Dövlət Universitetinin Təhsil İnformasiya Sisteminin idarəsi ilə bağlı texniki bilikləri möhkəmləndirmək, Koreyanın qabaqcıl universitetlərinin Təhsil İnformasiya Sistemi ilə tanış olmaq və Koreya ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlığa töhfə verməkdən  ibarətdir.
 
Qeyd edək ki, “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” 3,5 milyon ABŞ dollar dəyərində büdcəyə malik 24 aylıq layihə olub idarəçilik işlərində səmərəliliyin artırılması və tələbələr üçün onlayn təhsil xidmətinin göstərilməsi üçün portal, distant təhsil, akademik işlər, elektron kitabxana və s. daxil olan elektron təhsil şəbəkəsinin yaradılmasını, müasir İKT avadanlıqlarının yaradılması ilə rəqəmsal multimedia infrastrukturunun təkmilləşdirilməsini, Koreya texnologiyasının nou-hausu və inkişaf təcrübəsinin bölüşülməsi ilə Azərbaycanda insan resurslarının inkişafına töhfə verilməsi və İKT-nin gücləndirilməsinin təşviq edilməsini nəzərdə tutur. 
ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol