• $
  • €
  • ₽
  • ₺
  • £

Məmmədyarov: Ermənistanda hökm sürən yoxsulluq insanların ölkəni tərk etməsinə gətirib çıxarır

Məmmədyarov: Ermənistanda hökm sürən yoxsulluq insanların ölkəni tərk etməsinə gətirib çıxarır
03.05.2019 13:42
"Ötən əsrin 90-ci illərinin əvvəllərində BMT-də gənc diplomat kimi çalışmışam. BMT daim sülh naminə fəaliyyətə üstünlük verib".

Publika.az xəbər verir ki, bu sözləri V Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "BMT sistemində sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi" sessiyasında çıxışı zamanı Xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, sülh naminə təsisatlar yaradılanda çoxtərəflilik prinsipindən istifadə etmək çox vacibdir. Dünya sürətlə dəyişir. BMT-də sülh quruculuğu ilə bağlı çox işlər görülüb: "Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Azərbaycan bu üzvlüyü alandan sonra sonra BMT-də fərqli atmosfer hökm sürməyə başlayıb. Əfsus ki, BMT Təhlükəsizlik Şurasında məsələlərin həllində yalnız daimi üzvlər rol oynayır. Bu gün dünya dinamik inkişaf edir. Kiçik və orta ölkələr də bərabərliyə malik olmalıdır".

Elmar Məmmədyarov bildirib ki, əsas məsələ səyləri bir araya gətirib, daha da ucadan səsləndirməkdir: "Çünki BMT bir qətnaməni belə icra edə bilmir. Rəqəmsallaşdırma çərçivəsində təzyiqlərə məruz qalırıq. Çünki sosial şəbəkələrin hər birimizin gündəlik həyatında mühüm rolu var, bu isə beynəlxalq münasibətlərə də təsir edir".

Nazir onu da vurğulayıb ki, sülhdən yaxşı heç nə yoxdur: "Çoxtərəfli prinsipə ehtiyacımız var və bunun ətrafında fikirlər yürüdərək uğur qazana bilərik. Ermənilərlə danışıqlarda iştirak edən tərəf kimi rahat şəkildə deyə bilirik ki, münaqişələr 30 ilə yaxındır hökm sürür. Münaqişə müsbət və davamlı inkişafı təmin edə bilməz. Ermənistanda bu gün böyük miqrasiya dalğaları var. Ölkədə hökm sürən yoxsulluq, insanların ölkənin gələcəyinə inanmaması onların ölkəni tərk etməsinə gətirib çıxarır. Təyyarədə olarkən erməni mətbuatı ilə fikir mübadiləsi apardım. Onlara sual verdikdə dedilər ki, diaspor bizə kömək edir. Ancaq onların diasporu belə ölkənin gələcəyinə inanmır. Əsas ismarıc açıq şəkildə çatdırılmalıdır. Nə qədər güclü mövqe nümayiş etdirsək, səsimiz də daha tez eşidiləcək."

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol