• $
  • €
  • ₽
  • ₺
  • £

"Access Business Talks" layihəsinə yekun vurulub

"Access Business Talks" layihəsinə yekun vurulub
21.05.2019 17:08
AccessBank-ın UNEC ilə birgə reallaşdırdığı "Access Business Talks" layihəsinin bağlanış mərasimi keçirilib.

Anews.az xəbər verir ki, bankda baş tutan tədbirdə çıxış edən AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib ki, "Access Business Talks" layihəsini AccessBank ilə UNEC arasında uğurlu əməkdaşlığın bariz nümunəsi kimi qiymətləndirib: "Əminliklə deyə bilərəm ki, bu layihə yalnız universitet və bankda deyil, müxtəlif dairələrdə özündən söz etdirə bilib. Müxtəlif beynəlxalq maliyyə institutlarının yerli ofisinin və iri audit şirkətlərinin təmsilçiləri bu layihədə iştirak etmək istədiklərini dilə gətirib və bu məni çox sevindirib".

AccessBank-ın Korporativ bankçılıq və Marketinq üzrə icraçı direktoru Günay Cəlilova isə bildirib ki, "Access Business Talks" layihəsi "UNEC Business Conversation Club" qədər uğurlu oldu: "Bu layihənin həyata keçirilməsində əsas məqsəd həm tələbələrə, həm UNEC-ə, həm də banka faydalı olmaq idi. Düşünürəm ki, biz məqsədimizə çatdıq. Layihə iştirakçısı olan tələbələr həm dil, həm də praktiki biliklərini möhkəmləndirdilər. Sözsüz ki, onlar bu biliklərini gələcək iş yerlərində tətbiq edəcəklər. Bir sözlə, "Access Business Talks" özünü doğrultmuş bir layihə kimi yaddaşlarda qalacaq".
 
UNEC-in "Maliyyə və mühasibatlıq" fakültəsinin dekanı Gəray Musayev qeyd edib ki, layihə olduqca effektiv olub. O, layihənin reallaşdırılmasında əziyyəti keçən hər kəsə təşəkkürümü bildirib: "AccessBank korporativ sosial məsuliyyət üzrə götürdüyü öhdəliklərinə sadiq bir bankdır. Sevindiricidir ki, "Access Business Talks" kimi brendə çevrilmiş bir layihə bunun tərkib hissəsi oldu".
 
UNEC-in Daxili audit şöbəsinin müdiri Hikmət Babayev isə "Access Business Talks" layihəsini praktika ilə nəzəriyyənin sintezi adlandırdı.
 
Tədbir çərçivəsində tələbələr layihə barədə təəssüratlarını bölüşüb, ardınca onlara sertifikatlar verilib.
 
Bununla yanaşı, UNEC "Maliyyə və mühasibat" fakültəsi Anar Həsənovu, Günay Cəlilovanı və "Access Business Talks" layihəsinin müəllifi, "İngilis dili" kafedrasının dosenti Xavər Hacıyevanı "Təşəkkürnamə" ilə təltif etdi.

Qeyd edək ki, "Access Business Talks" layihəsi 10 həftə ərzində davam edib. Tələbələr üçün layihə davam etdiyi müddətdə maraqlı görüşlərlə yanaşı, bankda təşkil olunan ekskursiyada hər bir struktur bölmənin iş prosesi ilə yaxından tanış olmaq imkanı yaradıldı.







 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol