• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Metropoliteni: Ticarət köşkləri bərpa olunmayacaq

Bakı Metropoliteni: Ticarət köşkləri bərpa olunmayacaq
26.08.2014 18:12

Bakı Metropolitenində ticarət köşkləri olmayacaq.

Bunu “APA-Economics”ə son zamanlarda bir sıra kütləvi informasiya vasitələrində “Bakı Metropoliteni” QSC-nin qurumun ərazisində yerləşən keçidlərdə ticarət köşklərinin bərpa ediləcəyi ilə bağlı yaydığı məlumatlara cavab olaraq qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

 

“Hazırkı qərarımız ondan ibarətdir ki, “Bakı Metropoliteni”ndə ticarət köşkləri adında heç bir şey olmasın. Təbii ki, bu, dünya təcrübəsində var. Bu gün Moskva və digər şəhərlərin metropolitenlərində ticarətin başqa növlərindən istifadə olunur. Amma bizim hazırdakı planımızda “Bakı Metropoliteni”ndə ticarət köşklərinin bərpası ilə bağlı heç bir planımız yoxdur”.

 

“Bakı Metropoliteni”ndə reklamların yerləşdirilməsinin bərpasına gəldikdə isə N. Paşayev deyib ki, gələcəkdə bu, mümkün ola bilər: “Reklamların bərpa olunacağı təqdirdə daha müasir görünüşlü reklam daşıyıcılarından istifadə olunsun ki, onlar sərnişinlərin təhlükəsizliyinə, hərəkətinə və onların narahatçılığına səbəb olmasın”.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol