• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank-dan kiçik və orta biznesə böyük dəstək

Unibank-dan kiçik və orta biznesə böyük dəstək
22.08.2014 14:05

Unibank kiçik və orta bizneslə məşğul olanlara xüsusi xidmət təklif edir. Bankın ilk dəfə olaraq, yalnız bizneslə məşğul olan müştərilər üçün ixtisaslaşdırılmış filialı fəaliyyətə başlayıb. Qara Qarayev metrostansiyasına yaxın, A.Manafov küçəsi 9  ünvanında yerləşən “Qara Qarayev” biznes-filialı, kiçik və orta bizneslə məşğul olan müştərilərin yüksək keyfiyyətli və səmərəli bank xidmətlərinə tələbatını ödəyəcək. Paytaxtın ən aktiv biznes mühitində yerləşən və yeni vizual tərtibata uyğun “Qara Qarayev” filialında, hər bir müştəri üçün fərdi xidmət nəzərdə tutulur. 

Unibankın korporativ bank xidmətləri  departamentinin rəhbəri İqor Okayev  bildirib ki, Unibank pərakəndə və korporativ müştərilərə xidmət görstərməklə, həmişə universal bank fəaliyyətini davam etdirib və korporativ biznes seqmentində lider və novator bank olaraq qalıb: “Bankımızda ölkəmizin neft və qeyri-neft sektorunu təmsil edən böyük şirkətlərə, həmçinin kiçik və orta sahibkarlara xidmət olunur. Səhmdarlar tərəfindən təsdiqlənmiş strategiyada bəhs edilir ki, Unibank gələcəkdə daha da universal bankçılıq konsepsiyası çərçivəsində inkişaf edəcək  və qısa müddət ərzində biznes sahəsini yeni bir səviyyəyə çıxaracaq.Bu strategiyanın reallaşması üçün bir çox məqsədlər qoyulub. Birincisi, kiçik və orta bizneslə məşğul olan müştərilərin xidməti üçün istisaslaşdırılmış filialların açılmasıdır. İkincisi- biznes sahəsinin brendləşdiriməsidir ki,  burda da məqsəd bu  biznes sahənin riteyl-biznesindən ayrılması və bank daxilində ayrıca sahə kimi xidmət göstərməsidir. Artıq biz bu istiqamətdə şüarımızı da seçmişik. Bu, “Biznesinizə daimi dəstək”  şüarıdır. Bundan əlavə, əsas məqsədlərdən  biri  beynəlxalq proqramlarda daha da fəal iştirak etməklə,  kiçik və orta bizneslə məşğul olan müştərilərimiz üçün sərfəli şərtlərlə maliyyə resursları  cəlb etmək, kredit şərtlərinin  təkmilləşdirilməsidir. Sahibkarala texniki dəstək-  biznes müştərilərinin banka gəlmədən öz hesab və CRM-lərini idarəetməsinə imkan verən internet-bankinq sisteminin daha da  təkmilləşdirmək də əsas hədəflərimizdəndir. Regionların dinamik inkişafını və yerli biznesin gücləndirilməsini nəzərə alaraq, bu seqment üçün bank məhsulları və xidmətlərinin təqdim edilməsində böyük ehtiyac var. Unibankın əsas məqsədlərindən biri də regionlarda fəaliyyətimizi genişləndirməkdir.  Biz əminik ki, məqsədlərimizin həyata  keçirilməsi, Bankın mövqeyini korporativ bazar və KOS-bankinq sahələrində daha da gücləndirəcək.”

İqor Okayev,   Unibankın gələcəkdə biznesə dəstək üzrə ixtisaslaşdırılmış filial şəbəkəsini daha da genişləndirəcəyini bildirib. 

Unibank- Biznesinizə daimi dəstək 

ANN.Az

Отображается

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol