• $
  • €
  • ₽
  • ₺
  • £

Ev növbəsində dayananlara ŞAD XƏBƏR

Ev növbəsində dayananlara ŞAD XƏBƏR
22.08.2014 11:29
Nazirlik daha 5 rayonda çoxmənzilli yaşayış evlərini əlil və şəhid ailələrinə təqdim edəcəkƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bu ilin sonunadək daha 5 rayonda çoxmənzilli yaşayış evlərini əlil və şəhid ailələrinə təqdim edəcək.ƏƏSMN İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bu ilin ötən dövründə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikamızın müxtəlif bölgələrində 118 əlil və şəhid ailəsi mənzillə təmin edilib.Hazırda ƏƏSMN-nin sifarişi ilə Goranboy, Tərtər, Beyləqan və İmişli rayonlarının hər birində 6 mərtəbəli 54 mənzilli, Şamaxı rayonunda isə 4 mərtəbəli 36 mənzilli yaşayış evlərinin tikintisi işləri aparılır. İlin sonunadək həmin çoxmənzilli yaşayış evlərinin Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin istifadəsinə verilməsi nəzərdə tutulur. Mənzillər nazirliyin rəsmi internet saytında (www.mlspp.gov.az) ictimaiyyətə açıqlanan növbəlilik siyahısı əsasında əlil və şəhid ailələrinin istifadəsinə veriləcək.Xatırladaq ki, Azərbaycan Respublikası prezidentinin 2014-cü il 20 iyun tarixli sərəncamına əsasən, bu ilin 1 yanvarınadək mənzil növbəsinə götürülmüş əlil və şəhid ailələri 2014-2018-ci illərdə mərhələli şəkildə mənzillərlə, o cümlədən kənd rayonlarında fərdi evlərlə təmin olunacaq. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol