• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank gücləndirilmiş iş rejiminə keçib

Unibank gücləndirilmiş iş rejiminə keçib
30.11.2019 12:49

 "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında”  Prezident fərmanının restrukturizasiya hissəsini daha sürətli və keyfiyyətlə icra etmək məqsədilə, Unibank filialları gücləndirilmiş iş rejiminə keçib. Bu həftədən etibarən bankın bir çox filialları şənbə günləri uzadılmış iş rejiminə keçməklə yanaşı, bazar günləri də müştərilərə xidmət edəcək. Şənbə günü "Sumqayıt”, "Dərnəgül” filialları, "Aquapark” məntəqəsi (Bankın baş idarəsinin yanı) və Region filialları Unibank müştərilərinin xidmətində olacaq. Filiallar səhər saat 10.00-dan 14.00-dək adi iş rejimində, 14.00-18.00-da isə yalnız restrukturizasiya ilə bağlı xidmət göstərəcək.

Problemli kreditlərini restrukturizasiya etmək istəyən müştərilər, bazar günləri də saat 10:00-dan  18:00-dək "Unibank”ın "Sumqayıt”, "Dərnəgül” filialları, "Aquapark” məntəqəsi və Region filiallarına müraciət edə bilərlər. Bu filiallar gün ərzində müştərilərə xidmət edəcək.

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında”  Prezident fərmanınına əsasən, borcun valyutasından asılı olmayaraq, 1 yanvar 2012-ci il tarixindən 28 fevral 2019-cu il tarixinədək bağlanmış kredit müqavilələri üzrə 360 gündən çox gecikdirilmiş və borcu 17 000 AZN-dən az olan kreditlərin restrukturizasiyası nəzərdə tutulur. Restrukturizasiya edilən yeni kreditlər müştərilərə çox güzəştli şərtlərlə - 5 il müddətinə və illik cəmi 1%-lə verilir. Birinci il ərzində müştəri yalnız faiz borcunu ödəyir. 13-cü aydan başlayaraq isə həm əsas borc və həm də faiz borcu üzrə aylıq ödənişlər edilir. Restrukturizasiya prosesi nəticəsində müştəriyə hesablanmış bütün cərimə və faiz borcları silinir, müştərinin aylıq kredit ödənişi 3-4 dəfəyədək azalır və kredit tarixçəsi müsbətə dəyişir.

Qeyd edək ki, Prezident fərmanına uyğun olaraq, Unibank müştərilərinin bir hissəsinin kreditləri artıq restrukturizasiya edilib.

Restrukturizasiya prosesinin bitməsinə cəmi 1 ay qalıb. Unibank, fərmanın əhatə etdiyi bütün müştərilərini tezliklə bank filiallarına yaxınlaşaraq, kreditlərini restrukturizasiya etməyə çağırır.
 
Unibank- hər kəsin bankı!
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol