"Lukoil" bu ölkədən gedir

"Lukoil" şirkəti Ukraynadakı yanacaq doldurma məntəqləri (YDM) şəbəkəsini satır.
ANS PRESS-in məlumatına görə, şirkət YDM-ləri Avstriyanın "AMIC Energy" şirkətinə satmaq barədə razılığa gəlib. Şirkətin yaydığı məlumatda danışıqların səhmlərinin əldə edilməsində marağlı olan Avstriya tərəfinin təşəbbüsü ilə aparıldığı bildirilib:""Lukoyl" bu saziş hesabına Şərqi Avropada satış şəbəkələrini optimallaşdırmaq niyyətindədir. Bu razılaşma neft məhsullarının satışı sahəsində bizim biznesimizin təsirliliyin artması üçün böyük əhəmiyyətə malikdir",-deyə yayılan rəsmi məlumatda deyilir.Bu sövdələşmədən "Lukoil" şirkətinin 250 milyon dollar əldə edəcəyi güman edilir. Tərəflər arasında tam razılıq əldə edildikdən sonra satışın hansı məbləğə reallaşacağı bəlli olacaq."Lukoil"un hazırda Ukraynada 240 yanacaqdoldurma stansiyası və 6 neft bazası var.Qeyd edək ki, "Lukoil" iyun ayında Krımda olan YDM-lərini də satıb. Şirkət bu satışın kiçik və orta biznesin inkişafı üçün edildiyi açıqlayıb. ANN.AzOxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər

İqtisadiyyat 11:42
Mikayıl Cabbarov: Azərbaycan İtaliya iqtisadiyyatına 3 milyard dollar sərmayə yatırıb

İqtisadiyyat 11:39
Mikayıl Cabbarov: 2027-ci ildən texnologiya parklarına 20 ilədək vergi güzəşti tətbiq ediləcək


















