• $
  • €
  • ₽
  • ₺
  • £

Yasamal sakinlərinə qida sovqatları paylanıldı - FOTOLAR

Yasamal sakinlərinə qida sovqatları paylanıldı - FOTOLAR
28.05.2020 23:00

 
Koranavirus pandemiyası dövründə insanlara dəstək olmaq məqsədi ilə Yasamal rayonunda növbəti sosial aksiya baş tutub. Bakının Yasamal rayonu İcra Hakimiyyəti və Yasamal rayonunda fəaliyyət göstərən Ləzzət Şirniyyat Evi müştərək xeyriyyə aksiya həyata keçiriblər. Yasamal rayonunun müxtəlif ünvanlarında yaşlı və ehtiyacı olan insanlara qida sovqatları paylanılıb. Aksiya zamanı könüllülər Yasamal rayonu sakinlərini ziyarət edib və sovqatları bilavasitə onlara çatdırıblar.

Həyata keçirilən bu aksiyadan koranavirus pandemiyası dövründə maddi ehtiyacı olan onlarla paytaxt sakini faydalanıb. Qida paylarını qəbul edən Yasamal sakinləri bu xeyirxah aksiyaya görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya xüsusi minnətdarlığını bildiriblər.

Yasamal rayon sakinlərinə qida sovqatları paylayan könüllülər həmçinin karonavirusdan qorunmaq üçün ölkədə tətbiq edilən karantin qaydaları barədə onlarla maarifləndirici söhbətlər aparıblar.

#evdəqal kampaniyası çərçivəsidə həyata keçirilən bu sosial aksiya karantin şəraitində ehtiyacı olanlara maddi və mənəvi cəhətdən yardım etmək məqsədi daşıyır.

Xatırladaq ki, bu günkü tədbir, son bir neçə gündə Yasamal rayonunda baş tutan artıq üçüncü sosial aksiyadır.
 




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol