• $
  • €
  • ₽
  • ₺
  • £

“Halal“ komissiya ilk yoxlamalarını keçirdi

“Halal“ komissiya ilk yoxlamalarını keçirdi
23.07.2014 12:47
"Halal" qidalarla bağlı Standartlaşdırma, Metrologiya və Patent Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında razılaşma əldə olunub".Bunu Aktual.az-a Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli, Qafqaz Müsəlmanları İdarəsi nəzdində “Halal” kəsimə nəzarət etmək məqsədi ilə yaradılan komissiyanın fəaliyyəti barəsində danışarkən deyib.Komissiya üzvünün sözlərinə görə, QMİ-nin rəyindən sonra Standartlaşdırma, Metrologiya və Patent Komitəsi "Halallıq" sertifikatını verəcək: "Rəsmi olaraq, iki aydır fəaliyyətə başlamışıq və tərəfimizdən bir neçə müəssisədə yoxlamalar aparılıb".Yoxlamaların nəticəsi haqqında, konkret olaraq, məlumat verə bilməyəcəyini deyən komissiya üzvü artıq Azərbaycanın bölgələrində - Şabranda (“Səba broiler”), Siyəzəndə (“Siyəzən broiler”) və Lerikdə yoxlamaların aparıldığını bildirdi:"Apardığımız monitorinqin nəticəsi ictimaiyyətə açıqlandıqdan sonra "hallallıq" sertifikatına uyğun digər sahələrdə də yoxlamalar aparılacaq. Hələlik, ilkin olaraq, broyler müəssisələrində yoxlamamızı davam etdiririk".Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent Komitəsindən onlara müraciət edən şirkətlərə “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun sertifikat veriləcək. Dövlət Komitəsi tərəfindən, həmçinin, “Halal” standartına uyğun məhsullar istehsal etməyən, bu standarta uyğun məhsullar istehsal etməyə şəraiti olmayan, standartın alınması ilə bağlı Komitəyə müraciət etməyən və üzərində, əsassız olaraq, “halal” sözü yazan şirkətlərə və istehsalçılara qarşı reydlər aparılacaq.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol