• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda koronavirusa görə ucuzlaşma

Azərbaycanda koronavirusa görə ucuzlaşma
19.04.2020 22:18
Koronavirus pandemiyası bütün dünyada olduğu kimi Azərbaycanda da bir çox sahələrin aktiv fəaliyyətini axsatdı. Əhainin gündəlik qida ehtiyatlarını qarşılamayan, ancaq paltar və s. mallar satışı keçirilən iri ticarət mərkəzləri də müvəqqəti olaraq qapılarını bağladı. Bağlanan belə mərkəzlərdən biri də maşın bazarıdır. Demokrat.az xəbər verir ki, avtomobil satışı üzrə ekspert Sərxan Qədirov "lent.az"-a açıqlamasında qiymətlərdə kəskin ucuzlaşma olduğunu dilə gətirib: "Hazırkı vəziyyətdə Azərbaycanın avtomobil bazarında kəskin ucuzlaşma hökm sürür. Maşın bazarının, avtosalonların fəaliyyət göstərməməsi və rayonlardan insanların gəlişinə icazə verilməməsi də qiymətlərin bu qədər ucuzlaşmasına gətirib çıxarıb. Hazırda ölkədə maşınların satışı ancaq sayt və avtomobil satış səhifələrində aparılır. Ancaq yenə də, alıcı qıtlığı var və satışlar yox səviyyəsindədir. Əsasən, Almaniya və Cənubi Koreya istehsalı olan avtomobillərdə 10 faiz ucuzlaşma müşahidə edilir. Ancaq sovet maşınlarının qiymətində heç bir enmə qeydə alınmayıb. Bu da həmin avtomobillərə olan tələbatdan irəli gəlir. Karantin günlərindən sonra alıcıların kütləvi şəkildə bazara axışı gözlənilir. Buna görə də qiymətlərin ən azı əvvəlki səviyyəyə qalxacağı qaçılmazdır. Xüsusən, yay və payız aylarında qiymətlər daha da bahalaşacaq. Sovet maşınlarının isə əvvəlkindən də baha olacağı gözlənilir”.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol