• $
  • €
  • ₽
  • ₺
  • £

28 may Respublika günü münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqat

28 may Respublika günü münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqat
29.05.2020 12:33

 
Lider mobil operator bölgələrdə yaşayan şəhid, əlil və aztəminatlı ailələri sevindirdi
 
Korporativ sosial məsuliyyət strategiyasının ayrılmaz hissəsi olaraq "Azercell Telekom” MMC Azərbaycan Milli Cümhuriyyətinin yaranması günündə ölkə vətəndaşları arasında xüsusi həssas təbəqələri yenə də diqqət mərkəzində saxladı. İmişli, Ağstafa və Şamaxı rayonlarından 1000-dən artıq Qarabağ əlilləri və Çernobl AES qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edən əlillərin ailələri, eləcə də aztəminatlı ailələrə şirkət tərəfindən ərzaq bağlamalarından ibarət bayram hədiyyələri paylanıldı.
 
Bu xeyriyyə təşəbbüsü zamanı da sovqatlar Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "Azərpoçt” MMC tərəfindən müxtəlif ünvanlara çatdırılıb. Qeyd edək ki, əlil və aztəminatlı ailələrin siyahısı yerli İcra Hakimiyyəti orqanları tərəfindən təqdim olunub.
 
 

Xatırladaq ki, bundan öncə də "Azercell Telekom” MMC həssas qrup kateqoriyasından olan insanlara qayğı və dəstək məqsədilə Novruz bayramı və Ramazan bayramı münasibətilə, eləcə də koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində 10 000-dən çox aztəminatlı və əlil üzvü olan ailəyə bayram sovqatı paylamışdı.
 
Eyni zamanda, lider mobil operator tərəfindən həyata keçirilən aksiyaların davamı olaraq Azercell əməkdaşları da xeyirxah təşəbbüsə qoşularaq  öz töhfələrini veriblər. Belə ki, xüsusi karantin rejiminin tətbiq olunduğu bu müddət ərzində şirkət əməkdaşlarından ibarət "Azercell könüllüləri” dəstəyə ehtiyacı olan ailələri ziyarət edərək onları ərzaq məhsulları ilə təmin ediblər.
 
"Azercell Telekom” MMC bundan sonra da ölkəmizin əhalisinin ən həssas təbəqələrini diqqət mərkəzində saxlayaraq onlara sosial qayğı göstərməkdə davam edəcək.
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol