• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa İnvestisiya Bankı:”Azərbaycanda biznesə dəstəyi əsas tərəfdaşımız olan “AccessBank”la həyata keçiririk

Avropa İnvestisiya Bankı:”Azərbaycanda biznesə dəstəyi  əsas tərəfdaşımız olan “AccessBank”la həyata keçiririk
06.07.2020 20:49
"Avropa İnvestisiya Bankının Azərbaycanda kredit portfeli 96 milyon avro təşkil edir. Bank əsasən kiçik və orta sahibkarlığa maliyyə dəstəyi göstərir.
 
Maliyyələşdirmə özəl sektorun inkişafı, yeni iş yerlərinin açılması və ölkə vətəndaşlarının həyat səviyyəsinin artırılması üçün AİB-ın Azərbaycanda əsas tərəfdaşı, həmçinin kiçik və orta biznesə xidmət göstərən "AccessBank” vasitəsilə həyata keçirilir.”
 
Bu sözləri AİB-ın mətbuat xidmətinin rəhbəri Duşan Ondreiçka Trend.az informasiya agentliyinə verdiyi müsahibədə bildirib. O, həmçinin vurğulayıb ki, təmsil etdiyi təşkilat Azərbaycan və onun Avropa İttifaqı ilə münasibətlərinə müsbət təsir göstərən layihələrə dəstək olmaqda davam edəcək.

Müsahibə ilə tanış olmaq üçün : https://www.trend.az/business/economy/3264817.html
 
Qeyd edək ki, Avropa İnvestisiya Bankı (AİB) "AccessBank”ın əsas səhmdarlarından biridir. Bank, Avropa Birliyinin uzunmüddətli kredit təşkilatıdır və AB üzv dövlətlərinə məxsusdur. AİB həm Avropada, həm də onun hüdudlarından kənarda Avropa İttifaqının siyasətinə dair məqsədlərə töhfə vermək məqsədi ilə sabit investisiya yatırımlarına uzunmüddətli maliyyə vəsaitləri təqdim edir. Avropa İnvestisiya Bankı təxminən 160 ölkədə fəaliyyət göstərir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol