• $
  • €
  • ₽
  • ₺
  • £

IBA Miles kartları ilə gələcək səyahətlər üçün indidən millər topla!

IBA Miles kartları ilə gələcək səyahətlər üçün  indidən millər topla!
07.07.2020 12:17
Müştərilərin öz nağdsız ödənişlərindən qazanması üçün müxtəlif imkanlar yaradan Azərbaycan Beynəlxalq Bankı bu sahədə daha bir yeniliyini təqdim edib. Bank IBA Miles kartlarını müştərilərin istifadəsinə verib.

Bu, xüsusilə səyahətsevərlər üçün çox faydalı bir kartdır. Hazırda COVID-19 pandemiyası səbəbindən səyahətlərdə məhdudiyyətlər olsa da, müştərilər IBA Miles kartlarını əldə edərək ödənişlərini onunla aparıb indidən millər toplaya, məhdudiyyətlər götürüləndə isə pulsuz səyahət imkanlarından geniş istifadə edə bilərlər. Bir sözlə, pulsuz səyahət əldə etmək üçün məhdudiyyətlərin götürülməsini gözləməyə gərək yoxdur. IBA Miles kartları ilə indidən mümkün qədər çox mil toplamaq lazımdır ki, məhdudiyyətlər ortadan qalxanda səyahətlər pulsuz başa gəlsin. 

IBA Miles kartları müştəriyə hər ödənişdən millər qazandırır. Sonra isə toplanmış millər pulsuz təyyarə biletlərinə,yaxud otel rezervasiyalarına dəyişdirilir. Milləri həm ölkəxarici, həm də ölkədaxili səyahətlər zamanı dəyişmək mümkündür. IBA Mileslə toplanmış millər bütün hava yolları şirkətlərində və otellərdə keçərlidir. Hər bir kart sahibi lazımi sayda millər topladıqdan sonra şəxsi kabinetinə daxil olaraq onları istədiyi formada dəyişə bilər.

Azərbaycan  Beynəlxalq Bankı bu layihəni tərəfdaşı olan MasterCard beynəlxalq ödəniş sistemi ilə birgə həyata keçirir. IBA Miles kartlarının iki növü var: IBA Miles Mastercard World və IBA Miles Mastercard Black Edition. Hər müştəri özünə uyğun kartı seçə bilər.

IBA Miles  kartı ilə millərin hesablanması qaydası isə belədir: IBA Miles MasterCard World kartı ilə hər 1 manat dəyərində ödənişə görə müştəri ölkə daxilində 1.2, ölkə xaricində 1.6 mil toplayır. IBA Miles MasterCard Black Edition kartı isə hər 1 manat dəyərində ödəniş üzrə müştəriyə ölkə daxilində 1.5 mil, ölkə xaricində 1.8 mil qazandırır. IBA Miles kartının ən böyük üstünlüklərindən biri də budur ki, müştərinin ödəniş dövriyyəsi ilk dəfə 1000 manatı keçdikdə ona avtomatik olaraq 500, ilk 2000 manatı keçdikdə isə 1000 mil birdəfəlik hədiyyə edilir. Millərdən 2 il müddətinə istifadə etmək olar.

Kartdan istifadə müddəti 3 ildir. Kartı həm manat, həm dollar, həm də avro hesabında açdırmaq olar. Üstəlik, Azərbaycan Beynəlxalq Bankının ATM-lərində IBA Miles kartları ilə nağdlaşdırma zamanı heç bir komissiya haqqı tutulmur.

"QayğıCash proqramı” çərçivəsində Azərbaycan Beynəlxalq Bankı ilə tərəfdaşlıq edən məkanlarda isə bu kartlarla aparılmış hər ödəniş kəşbək faizindən asılı olaraq müştəriyə əlavə millər də gətirir. IBA Miles kartlarını buradan sifariş vermək olar.

Qeyd edək ki, Bank ilk dəfə olaraq öz yeni məhsulunun təqdimatını sosial şəbəkələr üzərindən onlayn formatda edib.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.
 
 
 
 
 
 
 
 
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol