• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ölkənin iqtisadiyyatında tənəzzül başlayıb

Bu ölkənin iqtisadiyyatında tənəzzül başlayıb
24.07.2020 16:38
Cənubi Koreya iqtisadiyyatı ilin ikinci rübündə son 20 il üzrə ən pis azalma nümayiş etdirməklə tənəzzülə qədəm qoyub.

Anews.az xəbər verir ki, ölkənin mərkəzi bankının məlumatına əsasən, ilin ikinci rübündə iqtisadiyyat əvvəlki rüblə müqayisədə 3,3 faiz geriləyib. Bu, 1998-ci ilin birinci rübündən qeydə alınmış geriləmədən (2,3 faiz) də pis göstəricidir.

Yeni növ koronavirus (COVID-19) pandemiyası Asiyanın 4-cü ən böyük iqtisadiyyatına sahib olan Cənubi Koreyanın ixracına da böyük zərbə vurub. Aprel-iyun aylarında ixrac 16,6 faiz azalıb ki, bu da 1963-cü ildən bəri ən pis göstəricidir. İstehsalat və xidmət sektorlarında geriləmə müvafiq olaraq 9 və 1,1 faiz təşkil edib.

Bütün bunlara baxmayaraq Cənubi Koreyanın Maliyyə naziri Honq Nam-ki nikbindir. O, ilin 3-cü rübündə iqtisadiyyatın bərpa olunmağa başlayacağını deyib: "Mümkündür ki, biz pandemiyanın zəifləməsi ilə bazarların canlanması fonunda ilin 3-cü rübündə iqtisadiyyatın bərpasını görə bilək". Nazir hökumətin pandemiyanın mənfi nəticələri ilə mübarizə üçün 231 milyard ABŞ dolları ayırdığını bildirib.

Analitiklər Cənubi Koreya iqtisadiyyatının il ərzində 0,4 faiz, Beynəlxalq Valyuta Fondu isə 2,1 faiz geriləyəcəyini proqnozlaşdırıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol