• $
  • €
  • ₽
  • ₺
  • £

Ölkədə elektrik enerjisinin istehsalı artıb

Ölkədə elektrik enerjisinin istehsalı artıb
13.08.2020 22:00
2020-ci ilin yanvar-iyul ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, iyul ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2395,1 mln. kVt•st, ixracı 110,7 mln. kVt•st, idxalı 15,9 mln. kVt•st olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə iyul ayında respublika üzrə elektrik enerjisinin istehsalı 26,2 mln. kVt•st, ixrac 9 mln. kVt•st artıb, idxal isə 2,6 mln. kVt•st artıb.

Energetika Nazirliyindən Anews.az-a verilən məlumata görə, cari ilin yanvar-iyul aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə  96 mln.kVt•st artaraq 15346,9 mln. kVt•st olub.

Hesabat dövründə ötən ilin 7 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 381,5 mln. kVt•st artaraq 14358,9 mln. kVt•st, SES-lərdə 277,4 mln. kVt•st azalaraq 774,5 mln. kVt•st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə  8,1 mln. kVt•st azalaraq 213,5 mln. kVt•st olub. Külək  Elektrik Stansiyalarında 63,03 mln. kVt•st, Günəş Elektrik Stansiyalarında  28 mln. kVt•st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 122,5  mln. kVt•st elektrik enerjisi istehsal edilib.

Yanvar-iyul aylarında elektrik enerjisinin istehsalı "Azərenerji” ASC üzrə 13726,7 mln. kV•ts (İES-lərdə 13086,6 mln. kVt•st, SES-lərdə 640,1 mln. kVt•st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 243,6 mln. kV•st (İES-lərdə 98,6 mln. kVt•st, SES-lərdə 120,9 mln. kVt•st, Günəş ES-də 24,1 mln. kVt•st), Müstəqil Elektrik Stansiyaları üzrə 1376,6 mln. kVt•st təşkil edib.

Bu dövrdə elektrik enerjisinin ixracı 731,8 mln. kVt•st olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 43,3 mln. kVt•st, idxalı isə 87,4 mln. kVt•st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 6,4 mln. kVt•st azalıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol