• $
  • €
  • ₽
  • ₺
  • £

Əvəzlənən smart-kart sayğacların balansında qalan pullar necə olacaq?

Əvəzlənən smart-kart sayğacların balansında qalan pullar necə olacaq?
28.08.2020 21:30
Azərbaycanda bu ildən etibarən bütün fərdi yaşayış evlərində (yeni inşa olunan çoxmərtəbəli binalar istisna olmaqla) dövri yoxlama müddəti bitmiş smart-kart tipli sayğaclar mexaniki sayğaclarla əvəzlənir.

Anews.az-ın Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinə istinadən verdiyi məlumata görə, bu proses zamanı abonentləri daha çox narahat edən məqamlardan biri də əvəzlənən smart-kart tipli sayğacların balansında qalan avans məbləğin yeni quraşdırılan mexaniki tipli sayğacın bazasına yerləşdirilməsidir.

"Azəriqaz” bildirir ki, bu avans məbləğ 2 fərqli baza arasında məlumat mübadiləsi aparılmaqla azı 10, maksimum 30 günə yeni sayğacın hesabında qeydiyyata alınır.

Bu ilin 7 ayı ərzində 53 270 abonentin 913 624 manat avans məbləği yeni quraşdırılan sayğacın bazasına qaytarılıb. Bu statistikadan 40 946 abonent və onların geri qaytarılan 697 262 manat avans məbləği təkcə Bakı şəhərinin payına düşür. Əlbəttə ölkəmizdə yayılmış koronavirus (COVID-19) pandemiyası ilə bağlı sərt karantin rejimi tətbiq olunan bəzi vaxtlarda bu prosesdə gecikmələr olub. Lakin daha sonra yol verilən nöqsanlar dərhal aradan qaldırılıb.

Xatırladılıb ki, sayğacların əvəzlənməsi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2015-ci ildə təsdiq etdiyi "Yoxlamaya təqdim olunacaq ölçmə və sınaq vasitələrinin nomenklatur siyahısı və onların yoxlama dövriliyi” sənədinə əsasən icra olunur. Sənəddə göstərilir ki, qaz sayğacları əhali abonent qrupunda 5 il, qeyri-əhali abonent qrupunda isə 3 ildən bir dövlət yoxlanışına təqdim olunur. Tərtib edilmiş siyahıya görə 2020-ci ildə 480 min sayğacın dövlət yoxlanışı icra edilməlidir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol