• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yeni MMA liqası yaradıldı

Azərbaycanda yeni MMA liqası yaradıldı
03.09.2020 16:35
Azərbaycanda qarışıq döyüş növləri (MMA) üzrə ilk beynəlxalq peşəkar liqa yaradılıb.

Təşkilatçı "International Fighting League"dən (IFL) "Report"a verilən məlumata görə, liqa 2020/2021 mövsümünü əhatə edən 4 müxtəlif birincilikdən ibarət olacaq.

Hər liqada minimum 20 döyüşçünün iştirakı ilə 10 görüşün keçirilməsi nəzərdə tutulub. İlk 2 turniri yalnız yerli idmançıların iştirakı ilə təşkil etməyi planlaşdıran təşkilatçılar növbəti 2 yarışı müxtəlif ölkələrdən dəvət olunmuş beynəlxalq reytinqli idmançılarla keçirməyi planlaşdırır.

İdmançılar 57 - 100 kq aralığında müxtəlif çəkilərdə mübarizə aparacaq və liqadakı bütün döyüşlər beynəlxalq reytinq xalları qazandıracaq.

IFL təşkilatını 2019-cu ildə peşəkar MMA döyüşçüsü, ikiqat Avropa və bir dəfə dünya çempionu adını qazanmış Heydər Məmmədəliyev yaradıb. O, liqa ilə bağlı fikirlərini bölüşərkən qeyd edib ki, bundan əvvəl bir neçə oxşar liqalar yaradılsa da, bu liqa onlardan peşəkar təşkilatı komanda və bütün beynəlxalq standartlara cavab verməsi ilə fərqlənəcək. "Bizim çox güclü yerli idmançılarımız olub və indi də var. Ancaq təəssüf ki, bir çox hallarda onların əksəriyyəti karyeralarını müəyyən səbəblərə görə davam etdirə bilməyiblər. Biz bu liqanı təşkil etməklə, həmin potensiallı döyüşçülərə, professional idmançılara mənəvi və peşəkar dəstək göstərmək niyyətindəyik. Əsas məqsədimiz bacarıqlı yerli MMA peşəkarlarını aşkarlamaq və onların beynəlxaq arenalara çıxışına dəstək göstərməkdir". 

Bu ilin oktyabrında keçirilməsi nəzərdə tutulan ilk liqada 20 yerli döyüşçü qalib adı uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, bu liqa IFL təşkilatının təşəbbüsü və "Sport Marketing Group” şirkətinin təşkilatçılığı ilə həyata keçirilir. Hazırda, pandemiya ilə əlaqədar karantin rejimini nəzərə alaraq oktyabrda təşkil olunacaq ilk liqanın tamaşaçısız, video formatında ictimaiyyətə çatdırılması nəzərdə tutulur. Mövcud karantin qaydalarına dəyişikliklər olduğu təqdirdə isə yarışların tamaşaçılara açıq şəkildə keçirilməsi planlaşdırılır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol