AmEx ödəniş kartı əldə etmək üçün əla fürsət!

"American Express” beynəlxalq
kart təşkilatının Azərbaycandakı
yeganə tərəfdaşı
olan Azərbaycan Beynəlxalq Bankı AmEx
kartlarından istifadənin müştərilərə
daha sərfəli olması üçün
yeni kampaniyaya başlayıb.
30 dekabr tarixinə
qədər davam edəcək
kampaniya müddətində müştərilər
AmEx kartı hesabına 100 manat, yaxud kartın valyutasından asılı olaraq 100 ABŞ
dolları məbləğində
vəsait mədaxil etdikdə
3 illik AmEx Green, 300 manat (yaxud 300 ABŞ dolları) vəsait
mədaxil etdikdə isə
3 illik AmEx Gold kartı hədiyyə qazanacaqlar.
Qeyd
edək ki, hazırda Azərbaycan Beynəlxalq Bankı ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. Bank öz müştərilərinə "VISA",
"MasterCard", "American Express" və Union Pay beynəlxalq ödəniş sistemlərinin müxtəlif kart çeşidlərini təklif edir. Xarici tərəfdaşları ilə birgə həyata keçirilən innovativ layihələri ilə ölkəmizdə ödəniş infrastrukturunun inkişafına töhfə verir. Azərbaycan Beynəlxalq Bankı müştərilərə "American Express" ödəniş kartlarını təklif edən ilk və yeganə Azərbaycan bankıdır.
Azərbaycan Beynəlxalq Bankı həm də ölkədə ən geniş ATM şəbəkəsinə malik bankdır. Hazırda Bankın Azərbaycanın müxtəlif regionlarını əhatə edən 850-ə yaxın ATM-i, ticarət
və xidmət müəssisələrində isə 13 mindən çox POS terminalı var. Bank öz kart
sahiblərinə müxtəlif ticarət və xidmət məkanlarında nağdsız ödənişlər zamanı kəşbək imkanları yaradır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər

İqtisadiyyat 11:42
Mikayıl Cabbarov: Azərbaycan İtaliya iqtisadiyyatına 3 milyard dollar sərmayə yatırıb

İqtisadiyyat 11:39
Mikayıl Cabbarov: 2027-ci ildən texnologiya parklarına 20 ilədək vergi güzəşti tətbiq ediləcək


















