• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respurlika məşhur Bank of New York Mellon ilə əməkdaşlığa başladı

Bank Respurlika məşhur Bank of New York Mellon ilə əməkdaşlığa başladı
16.12.2020 21:44

Bank Respublika-nın maliyyə vəziyyəti və fəaliyyət profilini hərtərəfli təhlil edildikdən sonra Bank of New York Mellon ABŞ dolları ilə müxbir hesabı açmaq üçün müsbət qərar verdi. Bu qərar, ilk növbədə, kontragentlərin banka olan yüksək etibarını və beynəlxalq bazarda qüsursuz işgüzar reputasiyasını göstərir.

Bank of New York Mellon 1784-cü ildə təsis edilib və ABŞ-ın ən qədim banklarından biri sayılır. Bankın 40-dan çox ölkədə nümayəndəlikləri var. Bu gün Bank of New York Mellon, aktivlərinə görə dünyanın ən böyük investisiya şirkətlərindən biridir.

Banklar, həmçinin xəzinə əməliyyatları sahəsində əməkdaşlıq barədə razılığa gəldilər. Bank Respublika-nın dünyanın aparıcı bankı ilə əməkdaşlıq haqqında əldə etdiyi razılaşmalar beynəlxalq hesablaşmalar sahəsində fəaliyyətin genişləndirilməsinə, beynəlxalq pul köçürmələri xidmətlərinin inkişafına, habelə bankın qlobal maliyyə arenasında statusunun möhkəmlənməsinə xidmət edir. Xarici tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, Bank Respublika-nın fəaliyyətinin əsas prioritetlərindən biri olan bankın müştəriləri - korporativ sektor nümayəndələri, kiçik və orta sahibkarlara biznesi aparmaq üçün daha əlverişli şərait yaradacaq.

"Son illərdə ABŞ banklarında müxbir hesablarını açmaq  üçün Amerika bank sistemi bir sıra mürəkkəb prosedurlardan keçmək və ciddi tələblərə tam uyğun gəlməyi nəzərdə tutur. Bank of New York Mellon-un müsbət qərarı həm bankımıza, həm də ümumilikdə Azərbaycanın bank sektoruna olan yüksək etimaddan xəbər verir", - deyə Bank Respublika İdarə Heyətinin sədri Tariel İsmayılov bildirdi.

Qeyd etmək lazımdır ki, bu artıq Bank Respublika-nın Amerikadakı ikinci ABŞ dollarında olan müxbir hesabıdır. Bank of New York Mellon ilə tərəfdaşlıq əlaqələrinin qurulması, Bank Respublika-nın beynəlxalq hesablaşmalar üzrə Azərbaycan bank bazarının liderlərindən biri kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol