• $
  • €
  • ₽
  • ₺
  • £

“Yolkart”ları qəbul etməyən sürücü və sahibkarlar cəzalandırılacaq

“Yolkart”ları qəbul etməyən sürücü və sahibkarlar cəzalandırılacaq
11.06.2014 14:36
 Yaxın vaxtlarda Bakıda daha 40 marşrutda kart sisteminin tətbiq olunması nəzərdə tutulub.Bununla da onların sayı 1000-dən artıq olacaq. “APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin rəisi Namiq Həsənov deyib. O, bildirib ki, bu ilin fevral ayında 30 marşrutda, yəni 774 avtobus bu sistem tətbiq olunub. “Ümumi götürdükdə isə bu ilin sonu və gələn ilin əvvəlində qədər Bakıda hərəkət edən bütün avtobuslara kart sistemi tətbiq olunacaq. Çünki 2015-ci ildə I Avropa Oyunları keçiriləcək və xaricdən gələn vətəndaşlar da bu sistemdən istifadə etməlidirlər”, - deyə N. Həsənov qeyd edib. Onun sözlərinə görə, indiyə qədər təxminən 300 000 minə qədər nəqliyyatda gediş kartı satışa buraxılıb. Onun 200 000-ə yaxını vətəndaşlar tərəfindən alınıb. Gün ərzində isə  təqribən 10 000 kart dövriyyədədir. Lakin, nazirlik sözçüsü əhalinin bu kartlara marağının az olduğunu vurğulayıb: “Bundan başqa, müəyyən sürücü öz subyektiv marağından çıxış edərək vətəndaşın kartını qəbul etmir və nağd pul istəyir. Kartlar isə “Bank of Azərbaijan”a məxsusdur. Nəqliyyat Nazirliyi də, “Bank of Azərbaijan” tərəfindən də reydlər keçirilir. Hər hansı bir sürücü həqiqətən vətəndaşa bu cür reaksiya göstərirsə, onlarla bağlı ölçü götürüləcək, hətta sahibkarlarından həmin marşrut da alınacaq. Heç kim kart olduğu halda, nağd pul tələb edə bilməz”. N. Həsənov hələlik bu iki sistem paralel olaraq fəaliyyət göstərdiyini deyib. Qeyd edək ki, nəqliyyatda tətbiq olunan kartlar ictimai nəqliyyatda gediş haqqı ödənilməsi ilə yanaşı, taksidə, ictimai-iaşə mərkəzlərində, o cümlədən gündəlik olaraq kartın balansına müəyyən məbləğ yüklənərək istifadə olunması mümkündür.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol