“Qarabağın səsi” ümumdünya xeyriyyə konserti keçirilib

Məlumat verdiyimiz kimi Kapital Bank tərəfindən yaradılan "Qırmızı ürəklər” ("Red Hearts”) Xeyriyyə Fondu mütəmadi olaraq müxtəlif xeyriyyə tədbirləri təşkil edilir. Növbəti tədbir, qürbətdə və Azərbaycanda yaşayan mütəxəssislər qrupundan ibarət "International Community of Azerbaijan”ın təşkilatçılığı ilə 10 yanvar 2021-ci il tarixində olub. "Qarabağın səsi” ("Voice of Karabakh”) adlı onlayn tədbiri keçirməkdə məqsəd, Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardım göstərməkdir.
Proqramda Fidan Hacıyeva, Miri Yusif, Tünzalə, Azad Şabanov, Murad Arif, Mirələm Mirələmov və bir çox başqa istedadlı ifaçılar iştirak edib. Bu tədbir vasitəsilə gələn bütün ianələr və humanitar yardım "Qırmızı Ürəklər” Xeyriyyə Fondu vasitəsilə aidiyyəti üzrə ünvanlara çatdırılacaq. Tədbirə YouTube kanalında baxmaq mümkündür – https://www.youtube.com/watch?v=fLzcNYYuXt8&feature=youtu.be. İanə etmək istəyənlər videoda qeyd edilən formada və ya BirBank tətbiqinin "Xeyriyyəçilik” bölməsi vasitəsilə həyata keçirə bilərlər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər




















