• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağ Dirçəliş Fonduna vəsait köçürmə imkanı

Qarabağ Dirçəliş Fonduna vəsait  köçürmə imkanı
23.02.2021 10:30
Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli Fərmanına uyğun olaraq, "Qarabağ Dirçəliş Fondu” dövlət qeydiyyatına alındıqdan sonra ianələrin köçürülməsi üçün Fondun xüsusi bank hesabları yaradılıb. 

Bu gündən etibarən Fondun hesabına vəsait köçürülməsi yeni bank rekvizitləri vasitəsilə həyata keçiriləcək. İanələr Azərbaycan manatı və ya xarici valyutada köçürülə bilər. Vətəndaşlar Fonda köçürmələrini Azərbaycan Beynəlxalq Bankının bütün filial və şöbələrində bu rekvizitlərlə, yaxud Bankın internet səhifəsində yaradılmış xüsusi bölmədən onlayn qaydada həyata keçirə bilərlər.

Qeyd edək ki, Fond dövlət qeydiyyatına alınanadək fiziki və hüquqi şəxslərin ianələri və qrantlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi xəzinə və müvəqqəti bank hesablarında toplanırdı.  

"Qarabağ Dirçəliş Fondu” Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol