• $
  • €
  • ₽
  • ₺
  • £

Neft OPEC+in qərarına əsasən bahalaşır

Neft OPEC+in qərarına əsasən bahalaşır
05.03.2021 12:13
OPEC+in neft hasilatının azaldılması ilə bağlı mövcud razılaşmaları qüvvədə saxlamağa qərar verməsindən sonra neft qiymətləri cümə günü səhər saatlarında öncəki günün axşam dinamikasını davam etdirərək davamlı şəkildə artır.

Anews.az "Prime”a istinadən xəbər verir ki, Şimal dənizindən hasil olunan "Brent” markalı neftin may fyuçerslərinin qiyməti 1% bahalaşaraq bir barel üçün 67,41 ABŞ dollarına, WTI markalı neftin aprel fyuçersləri isə 0,99% dəyər qazanaraq 64,44 dollar/barelə çatıb.


İnvestorlar son OPEC+ iclasının nəticələrindən faydalanmağa davam edirlər. Qeyd edək ki, martın 4-də alyans aprel ayında hasilatı artırmamağa qərar verib (analitiklər gündəlik 0,5 milyon barel artım gözləyirdi), Səudiyyə Ərəbistanı da gündəlik əlavə 1 milyon barel ixtisar səviyyəsini davam etdirəcək.


Üstəlik, OPEC+ ölkələri apreldə Rusiyada neft istehsalının gündəlik 130 min barel, Qazaxıstanda isə 20 min barel artırılmasına razı olublar.


Xatırladaq ki, OPEC+ koronavirus pandemiyası səbəbindən tələbatın azalması ilə əlaqədar ötən ilin may ayından bəri neft hasilatını gündəlik 9,7 milyon barel azaldıb. Tələbat bərpa edildikcə məhdudiyyətlər korrektə olunub və mart ayında ixtisar səviyyəsi gündəlik 7,05 milyon barel təşkil edib. Fevral və mart aylarında yalnız Rusiya və Qazaxıstan istehsalı bir qədər artırmaq fürsəti əldə edib. Razılaşmalara görə, ixtisar üçün baza səviyyə 2018-ci ilin oktyabrındakı səviyyə, Rusiya və Səudiyyə Ərəbistanı üçün isə gündəlik 11 milyon barel göstəricisi götürülüb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol