• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan prezidentindən sərgi iştirakçılarına məktub

Azərbaycan prezidentindən sərgi iştirakçılarına məktub
29.05.2020 01:13
Azərbaycan prezidenti İlham Əliyev XXI Beynəlxalq “Xəzər neft, qaz, neftayırma və neft kimyası” sərgisi və konfransının iştirakçılarına məktub ünvanlayıb.APA-nın məlumatına görə, dövlət başçısı sərgi və konfransın həm qlobal, həm regional səviyyələrdə əməkdaşlığın bundan sonra da dərinləşdirilməsinə zəmin yaradacağına, dünyada neft-qaz sahəsindəki proseslərə töhfəsini verməklə mühüm görüş yeri olduğunu bir daha sübuta yetirəcəyinə inandığını bildirib. “Hörmətli sərgi və konfrans iştirakçıları! Sizi XXI Beynəlxalq “Xəzər neft, qaz, neftayırma və neft kimyası” sərgisi və konfransının açılışı münasibətilə səmimi qəlbdən salamlayıram. Artıq geniş miqyasda nüfuz qazanan ənənəvi tədbiriniz təşkil olunduğu ilk vaxtlardan etibarən Azərbaycanın neft-qaz sənayesinin başlıca istiqamətlərinin və strateji prinsiplərinin çatdırılması üçün gözəl şərait yaradıb. Builki sərgi və konfransın əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən hazırlanıb müvəffəqiyyətlə həyata keçirilən yeni neft strategiyasının təməl daşı “Əsrin müqaviləsi”nin 20-ci ildönümünə təsadüf etməsi əlamətdar hadisə kimi onun əhəmiyyətini daha da artırır.Dünyanın ən iri şirkətləri ilə 1994-cü ildə imzalanmış sazişlərlə başlayan inkişaf yolu bu gün Azərbaycanı Avrasiyanın enerji təhlükəsizliyi üzrə etibarlı tərəfdaşına çevirib. Ötən müddət ərzində ölkəmiz neft siyasətində davamlı və yüksələn xətt üzrə inkişaf nümayiş etdirərək, qlobal transmilli layihələrin istər təşəbbüskarı, istərsə də icraçısı rolunu layiqincə gerçəkləşdirib. “Şahdəniz” layihəsinin işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri respublikamızın mövqeyini və qlobal tərəfdaşlığını möhkəmləndirən uğurlu addımlardır. Azərbaycan son illər müxtəlif ölkələrdə neft-qaz sənayesinə irihəcmli investisiyalar yatıraraq dünya enerji bazarındakı nüfuzunu gücləndirməkdədir. Bakıda yeni neft-qaz və neftayırma kompleksinin yaradılması layihəsi də region üçün böyük məna kəsb edir. Bu ilin ölkəmizdə “Sənaye İli” elan edilməsi ənənəvi neft sənayesi ilə yanaşı, sənayenin qeyri-neft sahələrinin də inkişafına yeni təkan verəcək. İndi Azərbaycanda neft gəlirləri ilə qeyri-neft sektorunun canlandırılması siyasəti ardıcıl icra olunmaqdadır. İnanıram ki, sərgi və konfransınız həm qlobal, həm regional səviyyələrdə əməkdaşlığın bundan sonra da dərinləşdirilməsinə zəmin yaradacaq, dünyada neft-qaz sahəsindəki proseslərə töhfəsini verməklə mühüm görüş yeri olduğunu bir daha sübuta yetirəcək. Hamınıza gələcək fəaliyyətinizdə nailiyyətlər, ölkələrinizə sülh və əmin-amanlıq arzulayıram”, - deyə prezidentin məktubunda bildirilir.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol