• $
  • €
  • ₽
  • ₺
  • £

TamKart və IBA Miles sahibləri kart qalığından da qazanır!

TamKart və IBA Miles sahibləri kart qalığından da qazanır!
12.04.2021 17:32
Azərbaycan Beynəlxalq Bankının TamKart debet və IBA Miles debet kartlarına sahib olmaq indi daha da sərfəlidir. Bank TamKart və IBA Miles debet kartı sahiblərinə kartdakı vəsaitlərinə əlavə faiz qazancı əldə etmək imkanı yaradıb. Belə ki, Bankın  TamKart və IBA Miles debet kart sahibləri heç bir minimal məbləğ tələbi olmadan hesabdakı vəsaitlərindən illik 3% gəlir əldə edirlər. Faiz gəliri hər günün sonuna kartda olan vəsaitə hesablanır və ayın sonunda müştərinin kart hesabına köçürülür. TamKart sahibləri faiz gəlirlərini pul vəsaiti, IBA Miles sahibləri isə əlavə millər şəklində alırlar. Bu qazanc imkanı yalnız manat valyutasında olan kartlara aiddir. 

TamKart VISA Classic və TamKart MasterCard Standard istifadəçiləri bu imkandan yalnız Azərbaycan Beynəlxalq Bankının mobil tətbiqində qeydiyyatda olduqları halda faydalana bilərlər.

TamKart müştərilərə bankla tərəfdaş məkanlarda kəşbək imkanları yaradır. Ödənişlərini bu kartlarla aparan hər bir müştəri xərclədiyi vəsaitin müəyyən hissəsini ayın sonunda kart hesabına geri alır. Azərbaycan Beynəlxalq Bankının "QayğıCash” proqramı çərçivəsində Bankla tərəfdaş məkanlarda alış-veriş zamanı 20%-dək kəşbək müştərinin kart hesabına geri qayıdır. Azərbaycan Beynəlxalq Bankının TamKart üzrə partnyor şəbəkəsi barədə ətraflı məlumatları https://tamkart.az/ saytından əldə etmək və kartı onlayn sifariş etmək olar. 

IBA Miles kartları isə müştəriyə hər ödənişdən millər qazandırır. Sonra toplanmış millər pulsuz təyyarə biletlərinə, yaxud otel rezervasiyalarına dəyişdirilir. Milləri həm ölkəxarici, həm də ölkədaxili səyahətlər zamanı dəyişmək mümkündür. IBA Mileslə toplanmış millər bütün hava yolları şirkətlərində və otellərdə keçərlidir. Hər bir kart sahibi lazımi sayda millər topladıqdan sonra şəxsi kabinetinə daxil olaraq onları istədiyi formada dəyişə bilər. Kart haqqında daha ətraflı məlumatları https://ibamiles.az/ saytından öyrənmək və kartı sifariş vermək mümkündür. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.









www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol