• $
  • €
  • ₽
  • ₺
  • £

“Kiçik Ürəklərdə Böyük Xatirələr”

“Kiçik Ürəklərdə Böyük Xatirələr”
27.04.2021 11:51
Azercell-in dəstəyilə şəhid övladları üçün reabilitasiya proqramına start verilir

Korporativ Sosial Məsuliyyəti öz fəaliyyətinin ayrılmaz və mühüm hissəsi hesab edən "Azercell Telekom” şirkətinin dəstəyi ilə "Kiçik Ürəklərdə Böyük Xatirələr” adlı sosial layihəyə start verilib.

Layihənin əsas məqsədi ikinci Qarabağ müharibəsində şəhid olan hərbçilərimizin övladları üçün art terapiya yolu ilə psixoloji təlimlər təşkil etmək, eləcə də onların qəhrəman ataları haqqında ən gözəl xatirələrindən ibarət kitabı həm rəqəmsal, həm də çap formatda nəşr etməkdir. Layihədə Azercell-in partnyoru "GİD CSR Consulting” şirkətidir.

"Kiçik Ürəklərdə Böyük Xatirələr” layihəsində 5-14 yaş arasında olan 300 uşağın anası ilə birgə iştirak edəcəyi planlaşdırılır. COVİD-19 virusunun yayılması ilə əlaqədar pandemik şəraiti nəzərə alaraq, təlimlər onlayn şəkildə keçirilir. 

Təlimlər bir neçə istiqamət üzrə təşkil olunub. "Art terapiya” (təsviri sənət terapiyası) uşaqların özünü rahat və azad formada ifadə etməsinə, içində qapalı saxladıqları duyğularını üzə çıxarmalarına şərait yaradacaq. Musiqi, rəsm, hərəkət-rəqs, ədəbiyyat kimi sənət növlərinin köməyilə terapiya alan uşaqlar həm də bu yolla estetik yönlərini ortaya çıxara biləcəklər. 

"Arzular ağacı” mövzusunda təlimin məqsədi isə iştirakçılarda özünə inam və ruh yüksəkliyi yaratmaqdır. Bu təlimin köməyilə uşaqlara və onların valideynlərinə psixoloji yardım göstərmək mümkün olacaq. Bu təlim böyük sarsıntı yaşayan uşaqların üzləşdikləri psixoloji problemləri adlamaqlarına, gələcəkdə yarana biləcək daha ağır çətinliklərin qarşısını almağa kömək edəcək. Layihə çərçivəsində təlimlər zamanı xüsusi psixoloji çətinlik yaşayan uşaqların olduğu aşkarlanarsa, onların valideynləri ilə fərdi görüşlər də təşkil ediləcək.

"Uğur hekayəsi” istiqamətindəki təlimlərdə tanınmış şəxslər, böyük çətinliklər bahasına uğur qazanan peşəkarlarla görüş nəzərdə tutulub. 

Layihə çərçivəsində şəhid övladlarının qəhrəman ataları haqqında xatirələri bir kitabda toplanacaq. Həm çap, həm də elektron formatda hazırlanacaq kitabın ayrıca bir bölümü atası haqqında heç xatirəsi olmayan körpə şəhid övladlarına həsr ediləcək. Bu kitab şəhidlərin öz ailələri ilə yanaşı, hər kəsin xatirələrində və qəlbində yaşamasına kömək edəcək. Kitabın elektron versiyasını "Bookmate” mobil tətbiqindən də oxumaq mümkün olacaq.

Bu layihə hər bir azərbaycanlının rahat gələcəyi naminə torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən mərd və yenilməz hərbçilərimizə və onların ailələrinə duyulan hörmət və qayğının kiçik nümunəsidir. 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol