• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ilkin əlilliyə çıxma halları 50 faiz azalıb

Azərbaycanda ilkin əlilliyə çıxma halları 50 faiz azalıb
29.04.2021 20:33
Ölkəmizdə sosial islahatlar uğurla həyata keçirilir”.
"Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu gün Milli Məclisdə "Əlilliyin ekspertizası və reabilitasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda dinləmədə çıxış edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin 30-a yaxın Fərman və Sərəncamını əhatə edən iki islahatlar zərfi sayəsində ölkəmizdə minimum əməkhaqqı 116 faiz artıb:

"Minimum pensiya 82 faiz, orta aylıq pensiya 60 faiz, yaşa görə orta aylıq pensiya 54 faiz artıb”.
Komitə sədri bildirib ki,  postmüharibə dövründə 20 mindən çox şəxs sosial dəstəklə əhatə olunub:
"Onlardan 2 min 859 şəhidin ailə üzvlərindən 7 min 303 nəfərə sosial ödənişlər edilib. Doqquz min şəxsə sosial psixoloji dəstək, 500-dən çox qaziyə reabilitasiya xidməti göstərilib.
510 müharibə əlili 2 min 370 reabilitasiya vasitəsi ilə təmin edilib. 5 min 300 nəfər şəhid ailəsi üzvü və qazi özünüməşğulluq proqramına cəlb olunub”.
Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının qanunvericiliklə tənzimləndiyini deyən Musa Quliyev əlilliyin ekspertizasının düzgün aparılmasını vacib şərt kimi önə çəkib:
"Son üç ildə saxta əlilliyin qarşısının alınması, ləğv edilməsi, ekspertiza işinin şəffaf və qanun çərçivəsində aparılması sahəsində ölkəmizdə yaxşı nəticələr əldə edilib.
Aparılan məqsədyönlü fəaliyyət sayəsində ilkin əlilliyə çıxma halları 50 faiz azalaraq, 26 min 326 nəfərdən 13 min 276 nəfərə enib”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol