• $
  • €
  • ₽
  • ₺
  • £

İran Azərbaycanla sərhəddə neft qazma işlərinə başlayır

İran Azərbaycanla sərhəddə neft qazma işlərinə başlayır
18.05.2021 17:57
Muğan bölgəsindəki 13 illik kəşfiyyat işlərindən sonra İran Milli Neft Şirkəti (NIOC) əsas qazma qurğularından birini Azərbaycanla sərhəd yaxınlığında yerləşən şimal bölgəsinə göndərir.

Anews.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, neft yatağında 4 milyard bareldən çox yüngül xam neft olacağı təxmin edilir.

NIOC ABŞ-ın 2018-ci ildə tətbiq etdiyi sanksiyaların səbəb olduğu satış və gəlirlərin azalmasına baxmayaraq müxtəlif layihələr həyata keçirməyə davam edir.

İran Neft Nazirliyinin xəbər xidməti "Shana" bildirib ki, hazırda Əhvazın cənub-qərbindəki neft mərkəzində olan sahil qazma qurğusu "Fath 54” 1 310 kilometr (814 mil) məsafədə yerləşən Muğan ovasına göndəriləcək və yaxın 2 ayda neft qazma işlərinə başlanılacaq.

"Qazma işlərinin iyun ayının sonunda başlaması üçün daşıma əməliyyatı təxminən 25 gün çəkməlidir. Fəth qazma qurğusunun Əhvazdan Muğana nəqlinə 120 ağır tonnajlı yük maşınları cəlb olunub”, - deyə NIOC-un Ərdəbil şəhəri üzrə podratçısı Əli Rəfieyə deyib.

Qeyd edək ki, İran Milli Neft Şirkəti buradan çıxan nefti yaxınlıqdakı Təbriz şəhərində yerləşən İranın ən böyük neft emalı zavodlarından birinə tədarük etməyə çalışır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol