• $
  • €
  • ₽
  • ₺
  • £

ADA Universiteti Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlığa başladı

ADA Universiteti Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlığa başladı
03.06.2021 10:41
İyunun 2-də ADA Universiteti ilə Azərbaycan Beynəlxalq Bankı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumu ADA Universitetinin İcraçı prorektoru Fariz İsmayılzadə və Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov imzalayıb.

Sənədin əsas məqsədlərindən biri Bankın strateji fəaliyyət istiqamətləri üzrə müxtəlif mövzulara dair elmi tədqiqatların aparılması, birgə konfrans və tədbirlərin keçirilməsi, bank əməkdaşları üçün fərqli dərəcə və ixtisasartırma proqramlarının həyata keçirilməsidir. Eləcə də ADA-nın yüksək bilik və bacarığı ilə fərqlənən məzunlarının işlə təmin edilməsi də əsas məqsədlər sırasındadır. Memoranduma əsasən, universitetin "Big Data” Mərkəzinin rezident tələbələri ilə Bankın müvafiq birgə layihələri reallaşdırılacaq. Əməkdaşlıq çərçivəsində məlumat və təcrübə mübadiləsinin həyata keçirilməsi də nəzərdə tutulub.
Memoranduma əsasən, gənc peşəkarların hazırlanması istiqamətində Universitetin İnformasiya Texnologiyaları və Mühəndislik, Biznes və ya digər fakültələrinin tələbələri üçün təqaüd proqramları təsis ediləcək. "Big Data” Mərkəzinin rezident tələbələri Bankın müvafiq sifarişlərini yerinə yetirəcəklər.
 
Əməkdaşlıq çərçivəsində birgə layihə-konstruktor işlərinin aparılması, habelə elmi və elmi-texniki konfransların təşkili, məlumat və təcrübə mübadiləsinin həyata keçirilməsi də nəzərdə tutulub. 

Sənədi imzalayan ADA Universitetinin İcraçı prorektoru Fariz İsmayılzadə davamlı inkişafa nail olmaq üçün milli kadrların yetişdirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, ADA Universiteti müasir iş mühitinin sürətlə dəyişən tələblərini nəzərə alaraq bir çox xarici universitetlərlə ikili diplom proqramları təqdim edir. Eyni zamanda iri şirkətlərlə əməkdaşlığını durmadan genişləndirir: "Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq gənclərin inkişafı üçün yeni fürsət və imkanlar təqdim edəcək. Universitetin akademik, Bankın isə praktik təcrübəsi yüksək ixtisaslı kadrların yetişdirilməsini sürətləndirəcək”, - deyə prorektor F.İsmayılzadə əlavə edib.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov isə Bankın strateji inkişaf planından bəhs edərək rəqəmsal bankçılıq, korporativ idarəetmə, davamlı və rəqabətədavamlı biznes modelinin tətbiq edilməsi üzrə əldə olunan təcrübə və nailiyyətlərə diqqət yönəldib: "Ən qabaqcıl yenilikləri ölkəmizə gətirməklə yanaşı, biz insan kapitalının dəstəkləməsinə, istedadlı insanlara inkişaf mühitinin yaradılmasına da böyük önəm veririk. Yüksək potensiala malik gəncləri işə cəlb edib onların peşəkar inkişafına kömək göstərməklə ölkəmizin iqtisadi inkişafına əlavə dəyər qazandırmağı hədəfləyirik. ADA Universiteti ilə genişlənən əməkdaşlığımız bu istiqamətdə yeni imkanlar yaradacaq”- deyə A.İbrahimov vurğulayıb.

Azərbaycan Beynəlxalq Bankının müasir, universal və faydalı məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol