• $
  • €
  • ₽
  • ₺
  • £

DB Azərbaycanda COVID-19-a təcili cavab tədbirləri üçün ayrılacaq kredit məbləğini açıqlayıb

DB Azərbaycanda COVID-19-a təcili cavab tədbirləri üçün ayrılacaq kredit məbləğini açıqlayıb
22.06.2021 18:37
Dünya Bankı (DB) Azərbaycanda COVID-19-a təcili cavab tədbirlərinin həyata keçirilməsi layihəsinə 95 milyon ABŞ dolları ayırmağı planlaşdırır.

"Report” xəbər verir ki, bu barədə DB-nin Bakı ofisinin rəhbəri Sara Maykl bildirib.

"Keçən il bir neçə ölkə koronavirus infeksiyasına qarşı mübarizədə ölkələri dəstəkləmək üçün sürətləndirilmiş kredit mexanizmi elan edildikdən dərhal sonra maliyyələşmə üçün müraciət etdi. Bu ölkələrə vəsait ayrıldı və onlar COVID-19 səbəbilə yaranmış əlavə xərclərini qarşılaya bildilər. Azərbaycan hökuməti isə öz növbəsində, bu yaxınlarda müraciət edib. Müvafiq olaraq kredit vasitəsilə artıq xərclədiyi vəsaiti kompensasiya edə biləcək. Yeni xərclər arasında COVID-19-lu pasiyentlər üçün müstəsna xidmətlər göstərən tibb işçilərinə əlavə ödənişlər, avadanlıq alışı, gözlənilməz hallar və stimullaşdırıcı tədbirlər üçün əlavə vəsaitlər ola bilər”, - ofis rəhbəri deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan hökuməti ilə danışıqlar kreditin şərtləri barədə razılaşma mərhələsindədir. Kredit Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının şərtləri ilə ayrılacaq.
Qeyd edək ki, bankın İdarə Heyəti tərəfindən kreditin təsdiqlənməsi sentyabrın 6-na planlaşdırılıb.

Bununla belə, DB ofisinin rəhbəri bu kredit mexanizminin xüsusi prosedurlarını nəzərə alaraq krediti sentyabr ayına qədər təsdiqləməyin mümkün olacağına əmindir. "Bu layihəni DB-nin İdarə Heyətində nəzərdən keçirmək üçün xüsusi tarix təyin etmək lazım deyil, layihə hazır olan kimi təsdiq üçün təqdim ediləcək”, - o vurğulayıb.

Layihənin şərtlərinə görə, o, Azərbaycan hökumətinə COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması, yoluxma hallarının aşkarlanması və pasiyentlərin müalicəsi üçün səhiyyə sisteminin gücləndirilməsi və pandemiyanın bəzi sosial təsirlərinin azaldılması məsələlərində dəstək verəcək.

Layihənin iki il ərzində həyata keçiriləcəyi gözlənilir. Sosial müdafiə tədbirləri də daxil olmaqla, tədbirlərin çoxu layihənin ilk altı-doqquz ayı ərzində maliyyələşdiriləcək və tamamlanacaq. Bəzi sağlamlıq tədbirlərinin, xüsusən də gələcək pandemiyalara cavab vermək üçün sağlamlığın gücləndirilməsinə dair tədbirlərin həyata keçirilməsi daha uzun çəkə bilər. Bundan əlavə, gələcəkdə yeni ştamların meydana çıxması ilə yeni COVID-19 dalğaları da yarana bilər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol