• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” abunəçiləri “Asan İmza” xidmətinin etibarlılıq müddətini SMS vasitəsilə uzada bilərlər

“Nar” abunəçiləri “Asan İmza” xidmətinin etibarlılıq müddətini SMS vasitəsilə uzada bilərlər
09.07.2021 11:55
İyulun 9-dan başlayaraq "Asan İmza” xidmətini istifadə edən "Nar” abunəçiləri mövcud SIM kartı dəyişmədən xidmətinin etibarlılıq müddətini SMS vasitəsilə uzada bilərlər. Bunun üçün abunəçilər "8500” qısa nömrəsinə uyğun açar sözündən ibarət SMS göndərməlidir. Qeyd edək ki, "Asan İmza” xidmətli SİM kartın SMS vasitəsilə uzadılması kifayət etmir. Eyni zamanda "Asan İmza” sertifikatlarının müddətinin bitməsinə 30 gün qalmış istifadəçilərdən vergi ödəyicisinin e-taxes.gov.az vahid İnternet portalında onlayn şəkildə "Asan İmza” sertifikatlarını növbəti 3 il müddətinə uzatmaq tələb olunur. "Asan İmza” sertifikatının etibarlılıq müddəti bitdikdən sonra onun onlayn rejimdə uzadılması mümkün olmayacaq və istifadəçi sertifikatı yeniləmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzdində Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) fiziki olaraq müraciət etməli olacaqdır.

"Asan İmza” xidmətinin etibarlılıq müddəti haqqında məlumat əldə etmək üçün "8500” qısa nömrəsinə "status” açar sözünü SMS vasitəsilə göndərmək lazımdır. 

Abunəçi "Asan İmza” xidmətinə ilk dəfə qoşulmaq üçün "Nar” Xidmət Mərkəzinin təmsilçilərinə müraciət edərək, tələb olunan ödənişi həyata keçirməklə müvafiq xidmətə 3 il müddətinə qoşula bilər. Hər hansı səbəbdən Asan İmza xidmətini ləğv etmiş (o cümlədən müvafiq nömrə ilə bağlı münasibətlərə xitam verilmiş, nömrənin təkrar həmin və ya başqa abunəçinin istifadəsinə verilməsi halları da daxil olmaqla) abunəçilərə, SMS xidmətindən istifadə etməklə "Asan İmza” xidmətini növbəti müddətə aktiv etmək mümkün olmayacaq.

Daha ətraflı məlumatı https://www.nar.az/asanimza/ və https://asanimza.az/asan-imza-az/2020/asan-imza-sertifikatlarinin-onlayn-uzadilmasi/ səhifələrindən əldə etmək olar. Bu xidmətdən "Asan İmza” SİM kartını istifadə edən və həmin SİM kartda "Asan İmza” xidmətinin etibarlılıq müddəti bitən abunəçilər yararlana bilərlər.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol