• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank Boğaziçi Universiteti ilə əməkdaşlığını davam etdirir

Kapital Bank Boğaziçi Universiteti ilə əməkdaşlığını davam etdirir
12.07.2021 11:31
Kapital Bank-ın İnsan Kapitalı Akademiyası dünyanın nüfuzlu universitetlərindən olan və Türkiyədə yerləşən Boğaziçi Universiteti ilə unikal layihə həyata keçirir. "Mükəmməl Menecment” adı altında olan mini-MBA formatında keçirilən liderlik inkişaf proqramı, Bankın kadr potensialının gücləndirilməsi məqsədi daşıyır.
 
9 iyul 2021-ci il tarixində İstanbul şəhərində proqramın bağlanış mərasimi — "Məzun Günü” keçirilib. Tədbiri giriş sözü ilə açan Kapital Bank-ın İdarə Heyəti sədri Rövşən Allahverdiyev proqramın əhəmiyyətindən danışıb və Bank üçün əməkdaşlara investisiyanın ən prioritet istiqamət olduğunu vurğulayıb.
 
Daha sonra Boğaziçi Universitetinin rektoru, professor Melih Bulu iki təşkilat arasında əməkdaşlığın qarşılıqlı faydasından bəhs edib və bu əməkdaşlığı ölkələr arasındakı qardaşlığın nümunəsi adlandırıb. "Məzun Günü” iştirakçıların diplomlarla təltif olunması və universitetdə keçirilən qeyri-rəsmi hissə ilə tamamlanıb.
 
"Məzun Günü” ilə bağlı məlumat universitetin saytında da dərc olunub – https://haberler.boun.edu.tr/tr/haber/yonetimde-mukemmeliyet-programi-mezunlarini-verdi.
 
"Artıq ikinci dəfədir ki, keçirilən bu layihədə Bankın müxtəlif rəhbər vəzifələrində çalışan 20 əməkdaşı 7 ay ərzində universitetin professor-müəllimlərindən və bankın təcrübəli ekspertlərindən ibarət heyət tərəfindən tədris aldılar. 2020-ci ildə bütün dünyanı bürüyən pandemiya şəraitinə görə dərslərin bir hissəsi onlayn formatda keçirildi. Bu formatın həm universitet, həm də bizim üçün yeni olmasına baxmayaraq tədrisin gedişatı və nəticələr bizi tam qane etdi. İştirakçılar imtahanlarda iştirak edib və sonda araşdırma layihəsi hazırladılar. Əminəm ki, əldə olunan biliklər gündəlik iş həyatımıza öz müsbət töhfəsini verəcək”, — deyə, Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirdi.
 
Bu layihə ilk dəfə 2019-cu ildə həyata keçirilib. İlk proqramda Kapital Bank-ın müxtəlif rəhbər vəzifələrində çalışan 18 əməkdaşı iştirak edib və müvafiq diplomlarla təltif ediliblər.
 
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 103 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol