• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
12.07.2021 12:00
"InvestAZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddətdə gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Avrozona üzrə risklərin artması, EURUSD məzənnəsinin 1.19$-da müqavimətlə rastlaşmasına və ucuzlaşma ehtimallının güclənməsinə səbəb olmuşdur.
Təhlillərə əsasən, avro 1.19$-ın altında qalarsa, 1.16$-a kimi ucuzlaşa bilər.

GBP

İngiltərədə çərşənbə günü Bakı vaxtı ilə saat 10:00-da dərc ediləcək inflyasiyaya dair önəmli fundamental göstəricilər öncəsi GBPUSD məzənnəsi də 1.39$-da müqavimətlə rastlaşıb.

Beləliklə, funt sterlinq sözügedən səviyyənin altında qaldıqca, 1.36$-a kimi ucuzlaşmaqda davam edəcəyi proqnozlaşdırılır.

TRY

USDTRY məzənnəsi son bir aydır təqribən 8.60 - 8.70 aralığında dalğalanmaqdadır. Burada trendin müşahidə edilməməsi isə investorların çərşənbə günü saat 15:00-da açıqlanacaq TCMB-nin faiz qərarını gözləmələri ilə əlaqədardır.

OIL

Enerji birjalarında Avropanın Brent neftinin qiymətində korreksiya müşahidə edilir və bu, qlobal iqtisadi risklərin artması ilə əlaqədardır. Lakin yenidən 72$-ın üzərində dəstək görərək, dəyər qazanan bir barel üzrə qiymət 76$-ı qırarsa, 82$-a çata bilər.

Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD

Əlvan metallar bazarlarında FED-in istiqraz alışı proqramını vaxtından tez dayandıracağı ehtimalları, qızılın 1800$-ın (57.9 $/qram) üzərində müqavimətlə rastlaşmasına səbəb olur. 1797$-ın (57.8 $/qram) qırılması ilə ucuzlaşma 1775$-a (57.1 $/qram) kimi davam edə bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
"İnvest-AZ İnvestisiya Şirkəti”nin

Analitika Departamenti

"İnvest-AZ İnvestisiya Şirkəti”nin fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tənzimləyir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərir.

Risk bildirişi

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İnvest-AZ İnvestisiya Şirkəti” yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol