• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid ailəsi üzvləri və qazilər üçün İT kursları

Şəhid ailəsi üzvləri və qazilər üçün İT kursları
14.08.2021 12:36
Şəhid ailəsi üzvləri və qazilər üçün informasiya texnologiyaları üzrə hazırlıq kursları təşkil olunur

Hazırda davam edən seçim mərhələsində artıq 40 nəfər 
müsahibədən uğurla keçərək kurslarda iştirak haqqı qazanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində təsis edilən İsrail-Azərbaycan Təlim Mərkəzi ilə birgə şəhid ailəsi üzvləri və qazilər üçün informasiya texnologiyaları üzrə hazırlıq kursları təşkil edir. 

Bu ayın əvvəlindən kurslara seçim mərhələsi başlayıb. Müsahibələr zamanı namizədlərlə ilkin tanışlıq olur, onların peşə maraqları, layihədən istək və gözləntiləri öyrənilir. Hazırda da davam edən seçim mərhələsində artıq 40 nəfər şəhid ailəsi üzvləri və qazi müsahibədə uğur qazanaraq kurslara cəlb olunub.
Seçim mərhələsində namizədlərə Psixologiya Elmi-Tədqiqat İnstitutunun peşəkar mütəxəssisləri tərəfindən psixoloji dəstək tədbirləri də həyata keçirilir.

Dövlət Məşğulluq Agentliyinin "Peşə öyrən, işsiz qalma!” devizi ilə həyata keçirdiyi "Peşəkar” layihəsi çərçivəsində təşkil edilən kursları uğurla bitirənlərə İsrail-Azərbaycan Təlim Mərkəzi tərəfindən müvafiq beynəlxalq səviyyəli sertifikat veriləcək. Layihə çərçivəsində tərəfdaşlar tərəfindən onların işlə təminatına da dəstək göstəriləcək.

Kursa qeydiyyat davam edir və qoşulmaq istəyən şəxslər https://cutt.ly/GmG1GyR linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol