• $
  • €
  • ₽
  • ₺
  • £

Mikayıl Cabbarovdan yeni TƏYİNAT

Mikayıl Cabbarovdan yeni TƏYİNAT
26.08.2021 14:23
İqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədri vəzifəsinin icrası müvəqqəti olaraq Osman Xaliyevə həvalə olunub.

Anews.az-a bu barədə Fonddan məlumat verilib.

Osman Xaliyev 2021-ci ilin iyun ayından etibarən Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub. Bu təyinatadək o həmin qurumda İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.

Osman Xaliyev 1985-ci ildə Sumqayıt şəhərində anadan olub.

2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini "İqtisadi kibernetika” ixtisası üzrə bakalavr, 2010-cu ildə isə "İdarəetmənin informasiya texnologiyası” üzrə magistratura pilləsini bitirib. 2012-2014-cü illərdə ABŞ-ın Brandeis Universitetində MBA ixtisası üzrə təhsil alıb.

O. Xaliyev 2010-2012-ci illərdə "Access Bank" QSC-də əməliyyatlar üzrə mütəxəssis, Azərbaycan Respublikasının Mərkəzi Bankında mütəxəssis olaraq fəaliyyət göstərib. 2014-2015-ci illərdə ABŞ-ın Boston şəhərində yerləşən "Global Atlantic Partners LLC” şirkətində məsləhətçi vəzifəsində çalışıb.


2016-2020-ci illərdə kənd təsərrüfatı və qida sənayesi sahələrində fəaliyyət göstərən bir sıra şirkətlərdə biznesin inkişafı üzrə menecer və direktor vəzifələrini icra edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol