• $
  • €
  • ₽
  • ₺
  • £

AccessBank-da yay təcrübə proqramı davam edir

AccessBank-da yay təcrübə proqramı davam edir
31.08.2021 12:02
AccessBank-ın 3-cü və 4-cü kurs tələbələri üçün nəzərdə tutulmuş yay təcrübə proqramı davam edir. ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və Bakı Mühəndislik Universitetində təhsil alan 17 istedadlı tələbə proqrama qoşulub. Onlar 3 mərhələli seçim turundan keçərək AccessBank-da təcrübə keçmək şansı qazanıblar. Tələbələr Bankın Bakı və Abşeron filiallarında, həmçinin Maliyyə, Administrasiya, Pərakəndə bankçılıq, Risklərin idarə edilməsi və Marketinq departamentlərində təcrübə keçirlər.  


Ziba Hacıyeva, AccessBank-ın Maliyyə departamentində təcrübəçi: "İqtisad Universitetinin tələbəsiyəm. Təcrübə proqramı haqqında xəbəri Bankın Facebook səhifəsində görən kimi müraciət etdim. Seçim turları çox fərqliydi. Heç vaxt belə maraqlı müsahibədə iştirak etməmişdim - əvvəl qrup şəklində, daha sonra fərdi görüşlər oldu. Hazırda Bankda ən çox bəyəndiyim onun mühitidir. Hər gün yeni nəsə öyrənirəm. Əsas odur heç  bir sualım cavabsız qalmır.”


Vaqif Əkbərli, AccessBank-ın Mühasibat departamentində təcrübəçi: ”Təcrübə haqqında məlumatı Bankın saytında gördüm. İki aydır mühasibatda təcrübə keçirəm. Gələndə işlə bağlı ilkin məlumatlarım vardısa, indi artıq əksər hesabatları hazırlaya və sistem əməliyyatlarını yerinə yetirə bilirəm. Bütün komanda suallarımı həvəslə cavablandırır.” 

Bu, AccessBank-ın reallaşdırdığı ilk yay təcrübə proqramıdır və Bank, gələcəkdə də gənclərlə bağlı müxtəlif tədbirlər həyat keçirməyi planlaşdırır.







AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.  





www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol