• $
  • €
  • ₽
  • ₺
  • £

İşğaldan azad olunan ərazilərdə "yaşıl zona" yaradılacaq

İşğaldan azad olunan ərazilərdə "yaşıl zona" yaradılacaq
17.09.2021 16:45
İşğaldan azad olunan ərazilərdə hidroenerji, günəş və külək enerjisi potensialı var. Bunu Energetika nazirliyindən anews.az-ın sorğusuna cavab olaraq bildiriblər.
 
"İlkin qiymətləndirmələrə əsasən regionda 4 min meqavatdan çox günəş, 500 meqavatadək  külək enerjisi potensialı mövcuddur. Günəş enerjisi potensialı ilə Füzuli, Cəbrayıl, Zəngilan rayonları, külək enerjisi ilə isə əsasən dağlıq rayonlar olan Laçın, Kəlbəcər rayonları zəngindir. Eyni zamanda Azərbaycanda su ehtiyyatlarının 25%-ə qədəri də Qarabağ ərazisində formalaşır. O ərazilərdə kiçik su elektrik stansiyaları mövcud olub, daha sonra düşmən tərəfindən dağıdılıb. Hazırda bərpa işləri aparılır. Bir neçə stansiya artıq bərpa olunub. Misal üçün Güləbird stansiyasının adını çəkə bilərik" - deyə, nazirlikdən verilən məlumatda qeyd olunub.

Ölkə prezidenti İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji zonası"nın yaradılması vəzifə kimi müəyyənləşdirilib. Energetika nazirliyi ilə Yaponiyanın TEPSCO şirkəti arasında müqavilə imzalanıb. Bu istiqamətdə müvafiq konsepsiya hazırlanmaqdadır.

Qeyd edilən layihə çərçivəsində sahə üzrə beynəlxalq təcrübə araşdırılır. Yaponiya da daxil olmaqla müxtəlif ölkələrin təcrübəsinə baxılır. Eyni zamanda, qeyd etmək lazmdır ki, Energetika Nazirliyi və bp arasında Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb. 
 
Rafiq Şahbazov



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol