• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın bu kəndi "Ən yaxşı turistik" adına namizəddir

Azərbaycanın bu kəndi "Ən yaxşı turistik" adına namizəddir
21.09.2021 11:42
Ümumdünya Turizm Təşkilatının (United Nations World Tourism Organization – UNWTO) elan etdiyi "Ən yaxşı turistik kənd” müsabiqəsinə Azərbaycandan Xınalıq kəndinin namizədliyi irəli sürülüb. 

Təşkilatın bu layihəsinin əsas məqsədi kənd ərazilərində turizmin inkişafı üzrə ən yaxşı nümunələri üzə çıxarmaq, həm də uzun illər boyunca öz unikallığını, mədəni-tarixi irsini qoruyan, bununla yanaşı, həm də müasir turizmin tələblərinə cavab verən kəndləri aşkarlamaqdır. 


Dünya əhəmiyyətli abidə kimi dövlət tərəfindən qorunan Xınalıq kəndinin ərazisində 2007-ci ildə "Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu yaradılıb. Dövlət Turizm Agentliyi tabeliyində fəaliyyət göstərən "Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu orta əsrlərə xas olan özünəməxsus memarlıq strukturu və əsrarəngiz təbiət mənzərəsi ilə seçilən bir mədəni irs nümunəsi kimi qəbul edilir.


2020-ci ildə "Xınalıq, orta əsr dağ kəndi” adı ilə YUNESKO-nun Ümumdünya İrsinin İlkin Siyahısına daxil edilib. Hazırda YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün nominasiya faylının yazılması prosesi davam etdirilir. Dövlət Turizm Agentliyinin mütəxəssislərinin hazırladığı və İlkin Siyahıya daxil edilmiş sənəddə kəndin qədim dili, köçəri yaşayış tərzi, Qafqaz dağlarındakı qədim memarlıq ənənələri və Xınalıq icmasının təbiətlə harmoniyalı şəkildə yaşayış tərzi onun müstəsna ümumbəşəri dəyərləri kimi qeyd olunur. 


Qədim tarixə malik olan Xınalıq kəndində arxeoloji qazıntı və elmi-tədqiqat işləri aparılır. Hazırda 3 hektardan çox ərazini əhatə edən "Kima Liqebiriş” adlı qədim qəbristanlıqda qazıntılar davam edir. Qazıntı zamanı aşkar edilmiş maddi-mədəniyyət nümunələri hazırda qoruğun elmi fondunda saxlanılır və onların bir hissəsi Xınalığı ziyarət edən yerli və xarici turistlərə nümayiş etdirilir. Bundan əlavə, kənddə aşkarlanmış qədim epiqrafik abidələr və nadir əlyazmalar öyrənilir. Kənd ərazisində yerləşən dini abidələr – pirlər və ziyarətgahların qeydiyyatı aparılır. 


Xınalıq kəndinin mədəni irs elementlərindən biri də özünəməxsus memarlıq üslubudur. Bu üslubu qorumaq məqsədilə kənd ərazisində qəza vəziyyətində olan, uçqunlar nəticəsində təhlükəli vəziyyətə düşən evlərin təmir və bərpa prosesi aparılır. Vətəndaşların müraciətlərinə əsasən hazırda Xınalıq kəndində 16 evin təmir işləri davam etdirilir. 


Ərazidə təmir-bərpa işləri başlanmazdan əvvəl Dövlət Turizm Agentliyinin mütəxəssisləri tərəfindən beynəlxalq standartlara uyğun "Xınalıq-Bərpa Təlimat” kitabçası və ərazinin Regenerasiya Planı hazırlanıb. 


UNWTO-nun keçirdiyi müsabiqənin nəticələri bu ilin sonunadək Mərakeşdə keçiriləcək 24-cü illik sessiyada elan olunacaq. UNWTO-nun "Ən yaxşı turistik kənd” nişanını qazanan kəndlər modernləşmə proqramında daxil ediləcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol