• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan 9 ayda 400 milyon dollarlıq meyvə-tərəvəz ixrac edib

Azərbaycan 9 ayda 400 milyon dollarlıq meyvə-tərəvəz ixrac edib
29.10.2021 14:51
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft ixracında həmişəki kimi meyvə-tərəvəz əsas paya malik olub.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac icmalı”nın oktyabr buraxılışında bildirilir.

Sənədə əsasən, 9 ayda ölkədən 398,9 milyon ABŞ dolları dəyərində meyvə-tərəvəz ixrac olunub.

Ayrı-ayrı məhsullara gəlincə isə qeyri-neft sektoruna aid malların siyahısında ilk 3 yeri qızıl (158,2 milyon dollar), pambıq mahlıcı (149,5 milyon dollar) və pomidor (tomat, 128,2 milyon dollar) tutub. Növbəti yerlərdə ilkin formalı polipropilen (86,9 milyon dollar), ilkin formalı polietilen (xüsusi kütləsi 0,9-dən az, 71,9 milyon dollar), meşə fındığı (55,9 milyon dollar), polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr (51,4 milyon dollar), ilkin formalı polietilen (xüsusi kütləsi 0,9-dən çox, 50,4 milyon dollar), karbamid (49,9 milyon dollar) və metanol (metil spirti, 48,6 milyon dollar) qərarlaşıb.
İxrac istiqamətlərinə gəlincə isə, hesabat dövründə Rusiyaya 586,5 milyon dollar, Türkiyəyə 455 milyon dollar, İsveçrəyə 174 milyon dollar, Gürcüstana 120,5 milyon dollar, ABŞ-a isə 54,8 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Növbəti yerləri Ukrayna (36,2 milyon dollar), Braziliya (31,5 milyon dollar), Çin (27,4 milyon dollar), Belçika (26,4 milyon dollar) və Qazaxıstan (26,1 milyon dollar) tutub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol