• $
  • €
  • ₽
  • ₺
  • £

Apple Pay artıq Unibank və Leobank kart sahibləri üçün əlçatan olur

Apple Pay artıq Unibank və Leobank kart sahibləri üçün əlçatan olur
02.11.2021 19:22
iPhone və Apple Watch ilə ödənişin daha təhlükəsiz, əmin və məxfi  yolu
 
Bu gündən etibarən Unibank və Leobank kart sahibləri Apple Pay vasitəsilə ödəmələri daha təhlükəsiz, əmin və məxfi şəkildə edə bilərlər. Apple Pay istifadəçiləri ödəniş kartını başqasına ötürmədən, ödəniş terminalının düymələrinə toxunmadan və nağd pulu əldən-ələ ötürmədən ödəniş etmək imkanını qazanırlar. Hər bir əməliyyatın təhlükəsizliyi iPhone-un innovativ texnologiyaları ilə təmin olunur. 
 
Ödənişi həyata keçirmək üçün müştəri sadəcə iPhone telefonunu və ya Apple Watch saatını ödəniş terminalına yaxınlaşdırmalıdır. Apple Pay vasitəsilə həyata keçirilən hər bir əməliyyat etibarlı qorunur, çünki istifadəçi onu Face ID, Touch ID və ya cihazın parolu ilə təsdiq etməlidir və bundan əlavə, bütün əməliyyatlarda unikal birdəfəlik dinamik təhlükəsizlik kodu istifadə olunur. Apple Pay ilə siz market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları və bir çox digər yerlərdə ödəmələr edə bilərsiniz.  
 
Eyni zamanda müştərilər Apple Pay vasitəsilə iPhone, iPad və Mac cihazlarına yüklənmiş tətbiqlərdə və ya Safari internet brauzerlərində açılmış saytlarda rahat və sürətli alış-veriş edə bilərlər, çünki artıq qeydiyyatdan keçməyə və qəliz formaları doldurmağa lüzum qalmır. Apple Pay ilə yemək və ərzaq çatdırılmasını, onlayn alış-verişi, biletləri əldə etmək və digər ödənişləri etmək çox rahatdır. Apple Pay həmçinin Apple Watch tətbiqlərindəki ödəmələr etmək üçün istifadə oluna bilər.
 
Təhlükəsizlik və məxfilik Apple Pay-in əsasında durur. Siz kredit və ya debit kartınızı Apple Pay-ə əlavə etdikdə kart nömrələri nə cihazınızda, nə də Apple serverlərində saxlanılmır. Əvəzində ona unikal cihaz qeydiyyat nömrəsi verilir, sonra o şifrələnir və cihazınızın yüksək sənaye standartlarına cavab verən sertifikasiya edilmiş "Təhlükəsiz element” çipində əminliklə saxlanılır.   
Apple Pay-i sazlamaq çox asandır. Sadəcə iPhone-da Wallet ("pul kisəsi”) tətbiqinə daxil olub, + ("üstəgəl”) işarəsini basıb oradakı təlimatlara əsasən Unibank və Leobank kredit və ya debit kartını əlavə etmək kifayətdir. Kart iPhone, Apple Watch, iPad və ya Mac cihazına əlavə olunan andan müştəri həmin cihazda Apple Pay-dən istifadə edə bilər. Müştərilər "Unibank”ın və "Leobank”ın öz kart sahiblərinə verdiyi bonus və endirimlərdən faydalanmaqda davam edir.
Apple Pay barədə daha ətraflı http://www.apple.com/apple-pay/ saytında tanış ola bilərsiniz.
Unibank barədə daha ətraflı https://unibank.az/ saytında tanış ola bilərsiniz.
Leobank barədə daha ətraflı https://leobank.az/ saytında tanış ola bilərsiniz
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 29 illik mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
 
Unibank - Sənin Bankın!

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
İqtisadiyyat 15:29
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
İqtisadiyyat 15:18
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
İqtisadiyyat 14:43
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol