• $
  • €
  • ₽
  • ₺
  • £

Qlobal ərzaq qiymətləri rekord həddə çatdı

Qlobal ərzaq qiymətləri rekord həddə çatdı
04.11.2021 14:53
Dünyada ərzaq məhsullarının qiymətləri 10 illik maksimumu yeniləyib.

Bu barədə xarici mətbuat məlumat yayıb.

Belə ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) oktyabr ayı üzrə Qlobal Ərzaq Qiymətləri İndeksinin aylıq müqayisədə 3 % artaraq 133,2 bəndə çatdığını açıqlayıb. Bununla da, qiymətlər 2011-ci ilin iyul ayından bəri ən yüksək həddə çatıb. Bahalaşma ilk növbədə bitki yağlarının, dənli bitkilərin qiymətlərinin artması ilə bağlıdır.

Bitki yağlarının qiymət indeksi sentyabra nisbətdə 9,6 % və yaxud 16,3 bənd artaraq 184,8 bəndə çatıb. Artım əsasən palma, soya, günəbaxan və kolza yağlarının bahalaşması hesabına olub.
Dənli bitkilərin qiymət indeksi isə aylıq müqayisədə 3,2 % və yaxud 4,3 bənd artmaqla 137,1 bənd olub. Aktiv qlobal tələb fonunda ixrac təklifinin azalması ilə bağlı ən çox buğda bahalaşıb. Arpanın belə qiyməti artıb.

Süd məhsullarının qiymət indeksi 120,7 bəndə kimi artıb. Ən çox yağsız və bütöv quru süd, kərə yağı bahalaşıb.
Hesabat dövründə ət indeksi 0,7 % və yaxud 0,8 bənd azalaraq 112,1 bənd olub. Ən çox donuz ətinin kotirovkaları düşüb. Bu, Çinin idxalı azaltması ilə bağlıdır. Mal ətinin qiymətlərinin azalması Braziliyadan tədarük edilən ətin kəskin ucuzlaşması ilə əlaqədardır. Quş ətinin qiymət kotirovkaları əksinə yüksək qlobal tələbin təsiri ilə artıb. Eyni zamanda yemlərin bahalaşmasından və xüsusilə Avropada quş qripinin olmasından dolayı istehsal həcmləri zəif templə artır.

Ötən ay şəkərin qiymət indeksləri 1,8 % və yaxud 2,1 bənd azalaraq 119,1 bəndə düşüb. Ucuzlaşma dünya bazarlarında idxal tələbinin məhdud olması, həmçinin Hindistan və Taylandın ixrac həcmlərini artıracağına dair proqnozlarla bağlıdır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol